Təhsil 365 - Logo Mobile

Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”

18221.07.2026 - 13:07
Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”

İlahiyyatçı Hacı Təyyar Hüseynli müasir dövrdə dindar olmağın yalnız ibadətlə məhdudlaşmadığını bildirərək qeyd edib ki, yüksək əxlaqi dəyərlər, etik və estetik yanaşma, sağlam düşüncə və nümunəvi davranış İslam anlayışının əsasını təşkil edir.

“Tehsil365”-ə açıqlamasında Hacı Təyyar Hüseynli bildirib ki, müasir dövrdə dindar olmaq yüksək əxlaqi dəyərləri - etik, estetik, yenilikçi bütün ictimai sosial, sağlam düşüncə, nümunəvi bir davranış İslam deməkdir.

O qeyd edib ki, İslam dininin ilkin bütün dünyaya olan İlahi elçi tərəfindən mesajı əxlaq olub.

“Maraqlansanız görərsiniz ki, birinci müraciət “Mən əxlaqi dəyərləri kamilləşdirmək, təkmilləşdirmək üçün İlahi göndərilmiş elçiyəm” - budur. Fikir verirsiniz, əxlaq nə dərəcədə önəmlidir. Və yaxud da İslam dinində var ki, əxlaqı, etikası, yüksək mənəvi dəyərləri, ədəbi olmayan insana cənnət haramdır. Konkret olaraq deyilir ki, əxlaqı olmayana cənnət haramdır”, - deyə o bildirib.

İlahiyyatçı vurğulayıb ki, təhsildə istifadə etdiyimiz “ədəbiyyat” sözünün kökündə “ədəb” anlayışı dayanır.

“Ədəbiyyat sözünün kökündə “ədəb” var. Yəni ədəb elmdən öncədir, əqidənin kökü deməkdir. İslam dini də müasir müsəlmanın birinci növbədə elmi, ədəbi, bütün mənəvi dəyərləri, nümunəvi insan siması olaraq dünyaya təqdimatı, sülhsevərliyi, bütün mənalarda müsəlman müsbətləri ilə fərqlənməlidir”, - deyə o qeyd edib.

O bildirib ki, dünyanın hər bir yerində cəmiyyətinə, ətrafına, millətinə, xalqına ləyaqətlə və sədaqətlə faydalı olan insan yüksək insani keyfiyyətləri ilə seçilir.

“Məsələ burasındadır ki, dünyanın hər bir yerində o yaxşı insan dediyimiz, gözəl insan dediyimiz - cəmiyyətinə, ətrafına, millətinə, xalqına ləyaqətlə, sədaqətlə faydalı olan bir insan varsa onun adı müsəlmandır”, - deyə ilahiyyatçı bildirib.

İlahiyyatçı əlavə edib ki, müsəlmanın ibadəti də şərtdir və ibadətlərin mahiyyətində yaxşı insan olmaq anlayışı dayanır.

“Mənim bir şəxsi yanaşmam var: “Yaxşı insanlara ibadət yaraşır. Əvvəl insan yaxşı olmalıdır, öz üzərində bütün müsbətləri formalaşdırmalıdır, sonunda müsbət bir bəndə olaraq ibadətdə üzü ağ olaraq yaradanla danışmalıdır. Bütün ibadətlərin özündə də yaxşılıqlar var”, - deyə o bildirib.

O qeyd edib ki, namaz, oruc, xüms, zəkat, həcc, cihad və digər ibadətlərin mahiyyətində insanın mənəvi inkişafı və yaxşılıq dayanır.

“Bütün müsbət nələr varsa onun adı ibarətdirsə, ibadətin də adı yaxşı insan olmaqdır. Yaxşı insan olmaq, nümunəvi insan olmaq, xeyirli insan olmaq bəşəriyyətə, insaniyyətə, cəmiyyətə, ətrafa olan bütün müsibətləri özündə formalaşdıra bilən insan tipinə müsəlman deyirlər, dindar deyirlər. Yəni ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”, - deyə ilahiyyatçı vurğulayıb.

Sonda ilahiyyatçı Təhsil365 İnformasiya Agentliyinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, agentlik elmə, təhsilə, elm adamlarına və ictimai xadimlərə diqqət göstərir, sağlam fikirlərin cəmiyyətə çatdırılmasına töhfə verir.

“Siz də Təhsil365 İnformasiya Agentliyi olaraq elmə, təhsilə, elm adamlarına, ictimai xadimlərə eyni zamanda mənim fikirlərimi dəyərləndirirsiniz. Mən də sağlam fikirləri cəmiyyətimizə çatdırmaq üçün sizin İnformasiya Agentliyini dəyərləndirirəm. Sizdən çox razıyam, sizin də davranışlarınız elə azərbaycanlı müsəlman, dindar azərbaycanlı keyfiyyətlərini tamamlayan bir fəaliyyət sahəsindəsiniz. Kollektiv olaraq fikirlərimə dəyər verdiyiniz üçün təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib.

Zümrüd Əlicanlı

Xəbər Lenti

UNEC stendi sərgidə təqdim olundu21.10.2026 - 19:35
UNEC rektoru laureatla görüşdü21.10.2026 - 19:30
ADNSU-da karyera sessiyası baş tutdu21.10.2026 - 19:25
ADNSU-da dissertasiya müdafiəsi keçirildi21.10.2026 - 19:20
ADNSU kitab sərgisində iştirak21.10.2026 - 19:15
ADNSU-da Pre-Demo Day tədbiri keçirilib21.10.2026 - 19:15
Əminə Hüseynova Türkiyədə təhsil alır21.10.2026 - 19:10
ADU kitab sərgisində təmsil21.10.2026 - 19:05
ADU-da macar konserti keçirildi21.10.2026 - 19:00
Əlillər kitabxanası sərgidə təmsil edildi21.10.2026 - 18:40
Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Xarici dildə bal məhdudiyyəti olacaq?21.10.2026 - 17:43
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir21.10.2026 - 17:14
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub21.10.2026 - 17:11
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”21.10.2026 - 15:03
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36
XII Bakı Kitab Sərgisində mədəni irs və süni intellektə dair beynəlxalq konfrans təşkil edilib21.10.2026 - 14:33
“Urud abidələri” kolleksiyasının nümunəsi Corc Vaşinqton Universitetinin muzeyinə təqdim olunub21.10.2026 - 14:31
Bakıda xarici ölkələrin milli kitabxanaları ilə əlaqələr genişləndirilir21.10.2026 - 14:29
Analitika "L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək21.10.2026 - 14:26
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir21.10.2026 - 14:23
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir21.10.2026 - 14:20
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 14:16
Özbək əlifbası dəyişdirildi21.10.2026 - 14:14
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib21.10.2026 - 14:10
Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...21.10.2026 - 14:08
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb21.10.2026 - 13:47