Təhsil 365 - Logo Mobile

Elman Nəsirov: Azərbaycan mətbuatı 151 illik şərəfli inkişaf yolu keçib

17322.07.2026 - 06:26
Elman Nəsirov: Azərbaycan mətbuatı 151 illik şərəfli inkişaf yolu keçib

Azərbaycan milli mətbuatının yaranması xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması və ictimai-siyasi fikrin inkişafı tarixində mühüm mərhələdir. Bu tarixi hadisənin əsas memarı olan böyük maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoymaqla yanaşı, xalqımızın milli oyanışına və maarifçilik ideyalarının yayılmasına misilsiz töhfələr verib.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə “Tehsil365”ə açıqlamasında səsləndirib.

Deputat bildirib ki, “Əkinçi” qəzeti təkcə bir mətbuat orqanı deyil, həm də Azərbaycan cəmiyyətinin inkişafına xidmət edən böyük bir maarifçilik hərəkatının başlanğıcı idi. Onun sözlərinə görə, qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər görkəmli ziyalılarımızın mühüm xidmətləri olub.

“Cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq, ‘Əkinçi’ qəzeti Azərbaycan xalqının milli oyanışında və ictimai fikrin formalaşmasında əvəzsiz rol oynayıb. Həmin dövrdə cəmiyyətin böyük hissəsi qəzet oxumağın əhəmiyyətini belə dərk etmirdi. Böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin əsərlərində də qəzet oxumağın bəzən cəmiyyət tərəfindən mənfi qarşılanması təsvir olunurdu. Bu isə həmin dövrün sosial reallıqlarını və maarifçilik ideyalarının nə qədər çətinliklə yayılmasını bir daha göstərir”, – deyə Elman Nəsirov vurğulayıb.

Elman Nəsirov qeyd edib ki, Azərbaycan mətbuatı tarix boyu həm tənəzzül, həm də intibah dövrləri yaşasa da, daim cəmiyyətin güzgüsü rolunu oynayıb və ictimai proseslərin obyektiv şəkildə işıqlandırılmasına xidmət edib.

Deputat Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafındakı tarixi xidmətlərini xüsusi qeyd edərək bildirib ki, 1998-ci ildə senzuranın ləğvi Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlanğıcı oldu. “Ulu Öndərin imzaladığı müvafiq sərəncamla ölkəmizdə senzura ləğv edildi və söz, fikir və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addım atıldı. Bu qərar Azərbaycanın demokratik inkişafının və müstəqil medianın formalaşmasının əsas sütunlarından birinə çevrildi”, – deyə o bildirib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir və son illər media sahəsində həyata keçirilən islahatlar Azərbaycan jurnalistikasının müasir çağırışlara uyğun inkişafını təmin edir: “Bu gün Azərbaycan mətbuatı öz inkişafının tamamilə yeni mərhələsini yaşayır. Rəqəmsal medianın sürətli inkişafı, sosial şəbəkələrin informasiya məkanında dominant mövqeyə sahib olması, süni intellekt texnologiyalarının mediaya inteqrasiyası yeni reallıqlar formalaşdırıb. Bu reallıqlar isə jurnalistlərin üzərinə daha böyük məsuliyyət qoyur”.

Onun sözlərinə görə, müasir dövrdə informasiya təhlükəsizliyi məsələləri dövlətlərin milli təhlükəsizliyinin əsas komponentlərindən birinə çevrilib. Bu baxımdan media nümayəndələrinin peşəkarlığı, operativliyi və beynəlxalq auditoriyaya çıxış imkanları xüsusi əhəmiyyət daşıyır.

“Artıq yaşadığımız dövr informasiya müharibələri dövrüdür. Bu gün informasiya cəbhəsində qalib gələn dövlətlər digər sahələrdə də üstünlüklərini təmin edə bilirlər. Ona görə də Azərbaycanın haqq səsini dünyaya çatdırmaq media nümayəndələrinin ən mühüm missiyalarından biridir. Haqlı olmaq kifayət deyil, bu həqiqətləri vaxtında, operativ və peşəkar şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq da vacibdir”, – deyə deputat bildirib.

Elman Nəsirov xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediasının informasiya cəbhəsində göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. O qeyd edib ki, həm yerli media qurumları, həm də Prezident İlham Əliyevin dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələr informasiya müharibəsində Azərbaycanın mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb.

Deputat bildirib ki, jurnalistika sahəsində yeni nəsil media mütəxəssislərinin hazırlanması bu gün xüsusi aktuallıq kəsb edir.

“Biz elə bir jurnalistlər nəsli yetişdirməliyik ki, onlar xarici dilləri mükəmməl bilsinlər, rəqəmsal texnologiyaların imkanlarından peşəkar şəkildə istifadə etsinlər və süni intellektin yaratdığı geniş imkanlardan faydalanaraq Azərbaycanın həqiqətlərini beynəlxalq ictimaiyyətə yüksək peşəkarlıqla çatdıra bilsinlər. Müasir jurnalist yalnız məlumat ötürən şəxs deyil, eyni zamanda, informasiya təhlükəsizliyinin təmin edilməsində iştirak edən peşəkar mütəxəssisdir”, – deyə Elman Nəsirov vurğulayıb.

“Şuşa Qlobal Media Forumları müxtəlif ölkələrdən media nümayəndələrini bir araya gətirməklə qlobal informasiya gündəliyinin aktual məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər və beynəlxalq jurnalistlərin suallarına verdiyi dolğun cavablar Azərbaycanın informasiya siyasətinin beynəlxalq səviyyədə təqdim olunmasına mühüm töhfə verir”, – deyə o əlavə edib.

Elman Nəsirovun sözlərinə görə, müasir dövrdə dezinformasiyanın və saxta xəbərlərin geniş yayıldığı bir şəraitdə operativ və dəqiq informasiya təqdim etmək medianın əsas vəzifələrindən biri olaraq qalır.

Sonda Elman Nəsirov qeyd edib ki, 151 illik şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu gün müasir çağırışlara uğurla uyğunlaşaraq ölkəmizin milli maraqlarının qorunması və həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm missiyasını davam etdirir.

Deputat Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə bütün media nümayəndələrini təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Fidan Məmmədli

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05