Təhsil 365 - Logo Mobile

Fərid Osmanov: Kibertəhlükəsizlik rəqəmsal inkişaf siyasətinin əsas prioritetidir

15922.07.2026 - 06:51
Fərid Osmanov: Kibertəhlükəsizlik rəqəmsal inkişaf siyasətinin əsas prioritetidir

Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi ilə kibertəhlükəsizlik dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahədə milli potensialın gücləndirilməsi, peşəkar kadr hazırlığının genişləndirilməsi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl işlər görülür.

“Tehsil365” xəbər verir ki, bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci məzun günü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

F.Osmanov bildirib ki, bu il fevralın 27-də Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş 2026–2028-ci illəri əhatə edən "Rəqəmsal inkişafın sürətləndirilməsi üzrə Fəaliyyət Planı"nda kibertəhlükəsizlik əsas icra istiqamətlərindən biri kimi müəyyən olunub: "Fəaliyyət Planı çərçivəsində ölkəmizdə milli kibertəhlükəsizlik ekosisteminin qurulması, bu sahədə fəaliyyətin gücləndirilməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya sürətləndikcə kibertəhlükəsizlik məsələləri də daha da aktuallaşır və dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilir".

Onun sözlərinə görə, artıq dördüncü ildir fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin TECHNION Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yüksəksəviyyəli mütəxəssislərin hazırlanmasını həyata keçirir: "Bu günədək AKM tərəfindən müdafiə və hücum istiqamətləri üzrə 420-dən çox kibertəhlükəsizlik mütəxəssisi hazırlanaraq əmək bazarına təqdim edilib. Məzunlarımızın 90 faizdən çoxu dövlət və özəl sektorda işlə təmin olunub. Bu göstərici proqramın effektivliyini və əmək bazarının tələblərinə uyğunluğunu bir daha təsdiqləyir"

F.Osmanov qeyd edib ki, AKM yalnız peşəkar kadr hazırlığı ilə kifayətlənmir, eyni zamanda, ölkədə kibermarifləndirmə istiqamətində də geniş fəaliyyət göstərir. İndiyədək 7 mindən çox vətəndaş kibermarifləndirmə təlimlərinə cəlb olunub. Bu gün AKM-in 7-ci məzun günü çərçivəsində daha 60 kibertəhlükəsizlik mütəxəssisi məzun olaraq əmək bazarına qoşulur: "Bu buraxılışın fərqləndirici cəhətlərindən biri ondan ibarətdir ki, ən yüksək nəticə göstərən 5 məzun xarici ölkələrdə fəaliyyət göstərən qabaqcıl kibertəhlükəsizlik və rəqəmsal texnologiya şirkətlərində bir ay müddətində ödənişsiz təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Bu təşəbbüs onların beynəlxalq təcrübə əldə etməsinə və peşəkar bacarıqlarını daha da inkişaf etdirməsinə mühüm töhfə verəcək".

Fidan Məmmədli

Xəbər Lenti

İmtahan nəticələri bu tarixdə elan olunacaq06.09.2026 - 15:04
Sabahın hava proqnozu açıqlanıb06.09.2026 - 07:15
“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub06.09.2026 - 06:28
Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər06.09.2026 - 05:58
Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür06.09.2026 - 05:21
Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb06.09.2026 - 04:58
Bu gün 36 dərəcə isti olacaq06.09.2026 - 04:33
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib06.09.2026 - 04:02
ABŞ-də dövlət işinə qəbulda YENİLİK: Müsahibəni AI aparacaq05.09.2026 - 06:58
MDU-da bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb05.09.2026 - 06:22
Xarici dil üzrə fəlsəfə doktoru imtahanından keçənlərə şəhadətnamə verilir05.09.2026 - 05:58
Sirkə turşusu içən 17 yaşlı tələbə qız öldü05.09.2026 - 05:30
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb05.09.2026 - 05:15
Günün havası - 35 dərəcə isti05.09.2026 - 04:47
680,6 baldan başlayan uğur: ATU-nun Stomatologiya fakültəsində yeni tələbə həyatı başlayır05.09.2026 - 04:38
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı05.09.2026 - 04:29
ADNSU-da doktoranturaya qəbul imtahanları keçirilib05.09.2026 - 04:20
ADNSU-nun rektoru ODTU-da təlimlərdə iştirak edəcək professor-müəllim heyəti ilə görüşüb05.09.2026 - 04:11
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”05.09.2026 - 04:02
BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda04.09.2026 - 16:50
UNEC və Qırğızıstan universitetlərinin yeni əməkdaşlıq mərhələsi04.09.2026 - 14:30
Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir04.09.2026 - 11:00
Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisaslar04.09.2026 - 10:55
PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib04.09.2026 - 10:50
İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil ediləcək04.09.2026 - 10:45
BMU-ya yeni qəbul olan tələbələrlə görüş və ingilis dili səviyyə imtahanı keçiriləcək04.09.2026 - 10:40
BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir04.09.2026 - 10:35
İT İnstitutunun sosial media fəaliyyəti yenilənir04.09.2026 - 10:30
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı04.09.2026 - 10:25
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrin tarixi məlum oldu04.09.2026 - 10:20
ASA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər başlayacaq04.09.2026 - 10:15
Tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu04.09.2026 - 10:10
Ödənişdə güzəşt olunacaq bağçalar04.09.2026 - 10:05
“Təhsil müəssisələrinin hazırlıq səviyyəsi ötən illərlə müqayisədə bu il daha yaxşıdır” - Elçin Əfəndi04.09.2026 - 10:00
Bəzi məktəblərdə tədris onlayn olacaq04.09.2026 - 09:55
Naxçıvanın 4 məzunu qızıl və gümüş nişana layiq görülüb04.09.2026 - 09:50
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri işıq üzü gördü04.09.2026 - 09:45
Azərbaycana payız fəslinin daxil olacağı tarix04.09.2026 - 09:40
Şimal-qərb bölgəsinin ali məktəbə qəbul olan məzunları04.09.2026 - 09:35
Boş qalan yerlərə və kolleclərə qəbul nəticələri açıqlandı04.09.2026 - 09:30
Bu günə olan hava proqnozu04.09.2026 - 09:25
PISA tədqiqatları keçirilir - Prosesin detalları04.09.2026 - 09:20
“Şagirdlər baza səviyyəsindən aşağıdır” - Elnur Əliyev04.09.2026 - 09:15
Elnur Əliyev: “Şagirdlərin oxu bacarığı aşağıdır” 04.09.2026 - 09:10
PISA: “Prosesə müdaxilə etmirik”04.09.2026 - 09:05
Məktəbəqədər təhsilin əhatəsi 50%-ə çatacaq04.09.2026 - 09:00
Universitetlərə qəbulda yenilik04.09.2026 - 08:50
Kəllə sümüyündə yeni struktur aşkarlandı04.09.2026 - 08:45