Təhsil 365 - Logo Mobile

Memarlıq və İnşaat Universitetinin tələbələri İstanbulda yay təcrübə proqramında iştirak edirlər-FOTOLAR

15622.07.2026 - 08:00
Memarlıq və İnşaat Universitetinin tələbələri İstanbulda yay təcrübə proqramında iştirak edirlər-FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Türkiyənin aparıcı kommunal xidmət qurumlarından biri olan İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı İstanbul Su və Kanal İdarəsində (İSKİ) təşkil olunan beynəlxalq yay təcrübə proqramında iştirak edirlər.

Universitetdən “Tehsil365”ə bildirilib ki, proqram ölkədə su təsərrüfatı, kanalizasiya və ekoloji infrastruktur sahələrində həyata keçirilən inkişaf strategiyaları baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müasir texnologiyaların tətbiqi və yüksəkixtisaslı mühəndis kadrların hazırlanması prioritet istiqamətlərdən biridir. Bu baxımdan tələbələrin İSKİ-də qazandıqları praktiki təcrübə gələcəkdə ölkəmizdə həyata keçiriləcək infrastruktur layihələri üçün peşəkar insan resurslarının formalaşmasına töhfə verir.

Təcrübə proqramına AzMİU-nun bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri cəlb olunublar. Proqramda İnşaat mühəndisliyi, Şəhər infrastrukturunda ağıllı texnologiyalar, Su ehtiyatlarının idarə olunması və mühafizəsi, Meliorasiya sistemləri, Tullantıların emal texnologiyaları və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. Təcrübə müddətində iştirakçılar İstanbulun su və kanalizasiya infrastrukturunun idarə olunması, içməli suyun hazırlanması və paylanması, tullantı sularının toplanması və təmizlənməsi, yağış sularının idarə olunması, ekoloji təhlükəsizlik, rəqəmsal monitorinq və ağıllı idarəetmə texnologiyaları ilə bağlı praktiki biliklər əldə edirlər.

Proqramın ilk mərhələsində tələbələrə İSKİ-nin fəaliyyəti, şəhər infrastrukturunun idarə edilməsində rolu və müasir su təsərrüfatı sistemləri barədə təqdimatlar keçirilib. İştirakçılar həmçinin peşə hazırlığı proqramına qoşularaq əmək təhlükəsizliyi və sağlam iş mühitinin təşkili ilə bağlı təlimlərdə iştirak ediblər. Təcrübə çərçivəsində tələbələr Ataköy Yüksək Bioloji Tullantı Sularının Təmizlənməsi Qurğusu və İkitelli İçməli Suyun Təmizlənməsi Qurğusu kimi mühüm infrastruktur obyektlərinə səfər edərək müasir təmizləmə texnologiyaları və idarəetmə mexanizmləri ilə yaxından tanış olurlar.

Bununla yanaşı, iştirakçılar İstanbul Su və Nəzarət Avtomatlaşdırma Mərkəzində su və kanalizasiya şəbəkələrinin real vaxt rejimində monitorinqi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi proseslərini öyrənirlər. Onlar üçün təşkil olunan “Sudan səmərəli istifadə və su mədəniyyəti” seminarında isə su ehtiyatlarının səmərəli idarə olunması, su itkilərinin azaldılması və dayanıqlı istehlak prinsipləri barədə məlumat verilir.

Proqram çərçivəsində tələbələr İstanbulun tarixi və mədəni irsi ilə də tanış olurlar. Miniatürk və Panorama 1453 Tarix Muzeyi, Terkos Su Sivilizasiyaları Muzeyi, Kirazlı Bəndi və Əyri Kəmər tarixi su kəmərinə təşkil olunan ekskursiyalar iştirakçılara şəhərin su idarəçiliyi ənənələrini və mühəndislik irsini öyrənmək imkanı yaradır.

Tələbə qrupuna rəhbərlik edən AzMİU-nun Beynəlxalq ortaq təhsil proqramlarının idarə edilməsi sektorunun müdiri Könül Şirinova və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Hamlet Əliyev tərəfindən İSKİ-nin Təhsil Şöbəsinin, Xarici Əlaqələr Şöbəsinin rəhbərləri və İnsan resursları və təlim departamentinin nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlərdə AzMİU ilə İSKİ arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və əməkdaş mübadiləsinin inkişaf etdirilməsi, birgə təlim və təcrübə proqramlarının təşkili, eləcə də su təsərrüfatı və şəhər infrastrukturu sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd olunub ki, proqram iyulun 25-dək davam edəcək və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Afin Mahmudov

Xəbər Lenti

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir22.07.2026 - 13:26
VI Yüksəliş müsabiqəsinin qaliblərinin 55 faizi UNEC məzunudur22.07.2026 - 13:18
BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib22.07.2026 - 13:06
Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib22.07.2026 - 12:03
BMU tələbələri AKM-də təhsilini uğurla tamamlayıb22.07.2026 - 10:48
Xarici dil fənni üzrə yeni qaydalar tətbiq olunacaq22.07.2026 - 10:44
Müəllimlərin geyimi ilə bağlı vahid tələblər tətbiq olunacaq22.07.2026 - 10:40
DİM-də beynəlxalq TOEFL iBT imtahanı keçirilib22.07.2026 - 10:37
Tələbələr üçün dünyanın ən yaxşı şəhərləri açıqlanıb22.07.2026 - 10:29
VI “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb22.07.2026 - 10:25
“Dünyadakı dəyişikliklər mətbuatın fəaliyyətinə də təsir göstərib”22.07.2026 - 10:13
“Uşaqlığın son gecəsi” filminin Rüfəti vəfat edib22.07.2026 - 10:09
TƏBİB-də növbəti kadr təyinatı olub22.07.2026 - 09:57
“Atəşgah” Sığorta jurnalistlərlə görüş keçirib - FOTOLAR22.07.2026 - 09:52
VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI22.07.2026 - 09:44
Qazax-Tovuzun sertifikatlaşdırma üzrə lider müəllimləri bəlli olub22.07.2026 - 09:44
Keçmiş respublika birincisi MİQ-də də yüksək nəticə göstərib22.07.2026 - 09:34
Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi vəfat edib22.07.2026 - 09:30
Nazirdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO22.07.2026 - 09:26
Məleykə Abbaszadədən jurnalistlərə təbrik mesajı22.07.2026 - 09:23
Komandamız Avropa Universitet Oyunlarında 1/4 finala vəsiqə qazanıb22.07.2026 - 09:18
Pedaqoji Universitetin baş müəllimi vəfat edib22.07.2026 - 09:15
Quba-Xaçmazın ən yüksək nəticə göstərən məktəbləri açıqlanıb22.07.2026 - 09:12
Musiqi sənəti üzrə növbəti qəbul imtahanı keçiriləcək22.07.2026 - 09:08
Sabahın hava proqnozu açıqlanıb22.07.2026 - 08:48
MDU-nun rektoru: Milli mətbuatımızın keçdiyi yol söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur22.07.2026 - 08:37
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib22.07.2026 - 08:20
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək22.07.2026 - 08:20
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib22.07.2026 - 08:15
İsrailin Texnologiya İnstitutunun nümayəndəsi: Kibertəhlükəsizlik müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır22.07.2026 - 08:10
Sədr: 250-dən çox məzunun beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstərilib22.07.2026 - 08:05
İxtisasından asılı olmayaraq bakalavrların ADPU-da seçə biləcəyi ixtisaslaşmalar22.07.2026 - 07:55
Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgi açılıb22.07.2026 - 07:40
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub-FOTOLAR22.07.2026 - 07:30
Moti Yeger: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi beynəlxalq tərəfdaşlığın uğurlu nümunəsidir22.07.2026 - 07:20
Fərid Osmanov: Kibertəhlükəsizlik rəqəmsal inkişaf siyasətinin əsas prioritetidir22.07.2026 - 06:51
“Əkinçi”dən Şuşa Qlobal Media Forumunadək: Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu22.07.2026 - 06:47
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib22.07.2026 - 06:32
Fransada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır22.07.2026 - 06:30
Elman Nəsirov: Azərbaycan mətbuatı 151 illik şərəfli inkişaf yolu keçib22.07.2026 - 06:26
QS reytinqi: Bakı dünyanın ən yaxşı tələbə şəhərləri arasında 95-ci yerdədir22.07.2026 - 06:19
Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır22.07.2026 - 06:15
Çempionlar Liqası: “Sabah” – KuPS oyunu başlayıb21.07.2026 - 16:35
“Dinamo”nun baş məşqçisi: "Neftçi" həqiqətən yaxşı komandadır21.07.2026 - 16:15
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:45
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56