Təhsil 365 - Logo Mobile

Sədr: 250-dən çox məzunun beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstərilib

14022.07.2026 - 08:05
Sədr: 250-dən çox məzunun beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstərilib

İnformasiya texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıqların genişləndirilməsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) inkişafında mühüm mərhələ təşkil edir. Bu əməkdaşlıqlar həm yerli mütəxəssislərin beynəlxalq sertifikatlara çıxışını genişləndirir, həm də ölkədə kibertəhlükəsizlik və süni intellekt istiqamətlərində peşəkar kadr potensialının daha da gücləndirilməsinə xidmət edir.

“Tehsil365” xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı səsləndirib.

O bildirib ki, informasiya texnologiyaları sahəsində beynəlxalq sertifikatlaşdırma təşkilatı “CompTIA” ilə əməkdaşlıq nəticəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi akkreditasiya mərkəzi statusu qazanıb. Bunun sayəsində 250-dən çox məzunun beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstərilib, onlardan 230-dan çoxu isə sertifikatlaşdırma prosesini uğurla başa vurub.

Fərid Osmanov qeyd edib ki, tərəfdaşlıq artıq yeni mərhələyə qədəm qoyub və “CompTIA” ilə süni intellekt sistemlərinin kibertəhlükəsizliyi sahəsində əməkdaşlığa başlanılıb. Bu əməkdaşlıq çərçivəsində AKM məzunlarının süni intellekt təhlükəsizliyi istiqamətində bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin beynəlxalq sertifikasiya imkanlarına çıxışlarının genişləndirilməsi nəzərdə tutulur.

İdarə Heyətinin sədri vurğulayıb ki, proqram təminatının təhlükəsizliyi üzrə ixtisaslaşmış beynəlxalq kibertəhlükəsizlik şirkəti “Snyk” ilə əməkdaşlıq çərçivəsində proqram təminatının təhlükəsizliyi sahəsində peşəkar icmanın formalaşdırılmasına başlanılıb. Onun sözlərinə görə, bu təşəbbüs təhlükəsiz proqram təminatı hazırlanması üzrə müasir yanaşmaların ölkədə tətbiqinə və mütəxəssislər arasında bilik mübadiləsinin genişlənməsinə töhfə verəcək.

Fərid Osmanov diqqətə çatdırıb ki, “CyberPark” vasitəsilə süni intellekt sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Anthropic” ilə də əməkdaşlıq qurulub. Bu tərəfdaşlıq qabaqcıl süni intellekt texnologiyalarının kibertəhlükəsizlik ekosisteminə inteqrasiyasına, eləcə də süni intellektəsaslı innovativ proqramların hazırlanmasına yeni imkanlar yaradacaq.

O, həmçinin bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Avropanın nüfuzlu beynəlxalq kibertəhlükəsizlik yarışı olan European Cyber Cup (EC2) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq Azərbaycan komandalarının Avropa səviyyəli yarışlarda iştirakını genişləndirəcək, yerli istedadların beynəlxalq platformalarda tanınmasına və ölkəmizin kibertəhlükəsizlik sahəsində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Fərid Osmanov bu ildən etibarən yeni təşəbbüsün həyata keçiriləcəyini də açıqlayıb: “İlk dəfə olaraq proqramı ən yüksək nəticə ilə başa vuran beş məzun xaricdə fəaliyyət göstərən qabaqcıl şirkətlərdə bir aylıq təcrübə proqramına göndəriləcək. Bu təşəbbüs onların beynəlxalq iş mühitində təcrübə qazanmasına, qabaqcıl texnologiyalar və yanaşmalarla yaxından tanış olmasına, əldə etdikləri bilik və bacarıqları Azərbaycanda tətbiq etməsinə imkan yaradacaq. Həmçinin bu təşəbbüs gələcəkdə ölkəyə yeni layihələrin, innovativ həllərin və peşəkar biliklərin gətirilməsinə mühüm töhfə verəcək”.

Afin Mahmudov

Xəbər Lenti

İmtahan nəticələri bu tarixdə elan olunacaq06.09.2026 - 15:04
Sabahın hava proqnozu açıqlanıb06.09.2026 - 07:15
“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub06.09.2026 - 06:28
Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər06.09.2026 - 05:58
Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür06.09.2026 - 05:21
Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb06.09.2026 - 04:58
Bu gün 36 dərəcə isti olacaq06.09.2026 - 04:33
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib06.09.2026 - 04:02
ABŞ-də dövlət işinə qəbulda YENİLİK: Müsahibəni AI aparacaq05.09.2026 - 06:58
MDU-da bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb05.09.2026 - 06:22
Xarici dil üzrə fəlsəfə doktoru imtahanından keçənlərə şəhadətnamə verilir05.09.2026 - 05:58
Sirkə turşusu içən 17 yaşlı tələbə qız öldü05.09.2026 - 05:30
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb05.09.2026 - 05:15
Günün havası - 35 dərəcə isti05.09.2026 - 04:47
680,6 baldan başlayan uğur: ATU-nun Stomatologiya fakültəsində yeni tələbə həyatı başlayır05.09.2026 - 04:38
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı05.09.2026 - 04:29
ADNSU-da doktoranturaya qəbul imtahanları keçirilib05.09.2026 - 04:20
ADNSU-nun rektoru ODTU-da təlimlərdə iştirak edəcək professor-müəllim heyəti ilə görüşüb05.09.2026 - 04:11
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”05.09.2026 - 04:02
BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda04.09.2026 - 16:50
UNEC və Qırğızıstan universitetlərinin yeni əməkdaşlıq mərhələsi04.09.2026 - 14:30
Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir04.09.2026 - 11:00
Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisaslar04.09.2026 - 10:55
PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib04.09.2026 - 10:50
İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil ediləcək04.09.2026 - 10:45
BMU-ya yeni qəbul olan tələbələrlə görüş və ingilis dili səviyyə imtahanı keçiriləcək04.09.2026 - 10:40
BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir04.09.2026 - 10:35
İT İnstitutunun sosial media fəaliyyəti yenilənir04.09.2026 - 10:30
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı04.09.2026 - 10:25
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrin tarixi məlum oldu04.09.2026 - 10:20
ASA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər başlayacaq04.09.2026 - 10:15
Tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu04.09.2026 - 10:10
Ödənişdə güzəşt olunacaq bağçalar04.09.2026 - 10:05
“Təhsil müəssisələrinin hazırlıq səviyyəsi ötən illərlə müqayisədə bu il daha yaxşıdır” - Elçin Əfəndi04.09.2026 - 10:00
Bəzi məktəblərdə tədris onlayn olacaq04.09.2026 - 09:55
Naxçıvanın 4 məzunu qızıl və gümüş nişana layiq görülüb04.09.2026 - 09:50
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri işıq üzü gördü04.09.2026 - 09:45
Azərbaycana payız fəslinin daxil olacağı tarix04.09.2026 - 09:40
Şimal-qərb bölgəsinin ali məktəbə qəbul olan məzunları04.09.2026 - 09:35
Boş qalan yerlərə və kolleclərə qəbul nəticələri açıqlandı04.09.2026 - 09:30
Bu günə olan hava proqnozu04.09.2026 - 09:25
PISA tədqiqatları keçirilir - Prosesin detalları04.09.2026 - 09:20
“Şagirdlər baza səviyyəsindən aşağıdır” - Elnur Əliyev04.09.2026 - 09:15
Elnur Əliyev: “Şagirdlərin oxu bacarığı aşağıdır” 04.09.2026 - 09:10
PISA: “Prosesə müdaxilə etmirik”04.09.2026 - 09:05
Məktəbəqədər təhsilin əhatəsi 50%-ə çatacaq04.09.2026 - 09:00
Universitetlərə qəbulda yenilik04.09.2026 - 08:50
Kəllə sümüyündə yeni struktur aşkarlandı04.09.2026 - 08:45