2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsinə ixtisaslaşma seçimində iştirak edən bütün bakalavrlar, bitirdikləri ixtisasdan asılı olmayaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qəbul aparılan 31 ixtisaslaşmadan 8-ni seçmək imkanı əldə edirlər.
ADPU-dan “Tehsil365”ə bildirilib ki, bitirdikləri ixtisasdan asılı olmayaraq bütün bakalavrlar Gənclərlə iş (1,5 il), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, Əhalinin müxtəlif qrupları ilə sosial iş, Fəlsəfə tarixi, Ümumi idarəetmə (MBA, 2 il), Ümumi idarəetmə (MBA, 1,5 il), Marketinq (MBA, 2 il) və Marketinq (MBA, 1,5 il) ixtisaslaşmalarını seçə bilərlər.
Posterdə hər bir ixtisaslaşma üzrə minimum test balı, plan yeri, eləcə də dövlət sifarişi və ödənişli əsaslarla qəbul zamanı ötən il formalaşmış keçid balları təqdim olunub.
Cədvəldə keçid balı göstərilməyən Əhalinin müxtəlif qrupları ilə sosial iş və Fəlsəfə tarixi ixtisaslaşmaları üzrə qəbul ilk dəfə bu il aparılır.

