Təhsil 365 - Logo Mobile

MDU-nun rektoru: Milli mətbuatımızın keçdiyi yol söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur

14922.07.2026 - 08:37
MDU-nun rektoru: Milli mətbuatımızın keçdiyi yol söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur

Milli Mətbuat Günü intellektual cəmiyyət üçün əlamətdar bir gündür. Bu gün söz yaradıcılığının, fikir və düşüncə sənətkarlığının bayramıdır. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycanın ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçib və söz yaradıcılığının misilsiz ənənələrini yaradıb. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Füzuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi.

“Tehsil365” Azertaca istinadən xəbər verir ki, bu fikirləri Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov söyləyib.

Rektor bildirib ki, milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Həmin dövrdən bu günümüzə uzanıb gələn yol söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur. İlk mətbu orqanımız “Əkinçi”nin işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalı olurdular. Buna baxmayaraq, “Əkinçi”, “Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firidun bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”, “Molla Nəsrəddin” və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik şüuruna yüksəldə bildilər. Mövcud olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi.

Anar Eminov vurğulayıb ki, 1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoydu. İmperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız bolşevik ideologiyasının imkan verdiyi özünəməxsus formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönmədi. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə milli mətbuatımız öz səylərini əhalinin savadlanması, milli-mənəvi, mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltdi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən gələn keşməkeşli milli mətbuat yolunu yenidən işıqlandırdı və artıq onlarla deyil, yüzlərlə mətbu orqanı millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldular.

Rektor qeyd edib ki, 1998-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında tarixi Fərmanı isə milli mətbuatımızı əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı. Ulu Öndər Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat nümayəndələrinə qarşı sonsuz səmimiyyəti və qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi bir dövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinə töhfələr verməyə sövq edirdi. Bir tərəfdən də ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən, yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu orqanlarının dövlət qurumlarına yaranmış külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Ulu Öndər Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı. Dövlət başçısının bu borcların silinməsi haqqında Sərəncamı mətbu orqanlarına öz fəaliyyətini davam etdirmək üçün yeni və daha geniş fürsətlər yaratdı.

“Bugünkü dövrümüzdə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Azərbaycanda dövlət-mətbuat-cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşıb ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, xalqın mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tərəflər üçün prioritet hesab olunur. Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalq arasında hökm sürən vəhdət isə öz növbəsində Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin doğurduğu bu vəhdətin daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir. Bugünkü müasir jurnalist cəmiyyətin ən fəal, ən mübariz və ən vətənpərvər nümayəndəsidir. Bu gün qələm sahiblərinin yaradıcılığı, onların ölkədə və dünyada baş verən hadisələrə baxışı, çevik və obyektiv münasibəti yalnız milli mətbuatımızda deyil, beynəlxalq mətbuatda da özünə yer almaqdadır. Xarici ölkələrdə, xarici dillərdə dərc olunan dərgilərdə jurnalistlərimizin imzası millətimizin imzasıdır. Milli mətbuatımız dünya mətbuatının bir parçası kimi sürətli hərəkətlər trayektoriyasında öz izini açır. Bu gün belə bir məsuliyyətli fəaliyyətlə məşğul olmaq üçün sözünü vicdanla demək, millətin mənafeyinə və tərəqqisinə xidmət edən söz demək, demək istədiyini xalqa məhəbbətlə, dövlətə sədaqətlə, hər bir insana sevgi ilə demək hər bir qələm sahibinin mənəvi borcuna çevrilir. Bu milli mətbuatımızın yeni dövrə uyğun, xalqımızın və dövlətimizin tərəqqisi istiqamətində açılan geniş perspektivlərə hədəflənmiş yeni inkişaf mərhələsidir. Bu borcun öhdəsindən layiqincə gəlmək jurnalist peşəsini özünə həyat kredosu seçmiş insanlar üçün şərəf işidir. Bu şərəfli işdə - vətəndaş, xalq, dövlət və dünya qarşısında öz borcunu layiqincə yerinə yetirmək kimi məsuliyyətli missiyasında milli mətbuatımızın zəhmətkeşlərinə uğurlar arzulayıram!”, - deyə o qeyd edib.

Afin Mahmudov

Xəbər Lenti

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir22.07.2026 - 13:26
VI Yüksəliş müsabiqəsinin qaliblərinin 55 faizi UNEC məzunudur22.07.2026 - 13:18
BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib22.07.2026 - 13:06
Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib22.07.2026 - 12:03
BMU tələbələri AKM-də təhsilini uğurla tamamlayıb22.07.2026 - 10:48
Xarici dil fənni üzrə yeni qaydalar tətbiq olunacaq22.07.2026 - 10:44
Müəllimlərin geyimi ilə bağlı vahid tələblər tətbiq olunacaq22.07.2026 - 10:40
DİM-də beynəlxalq TOEFL iBT imtahanı keçirilib22.07.2026 - 10:37
Tələbələr üçün dünyanın ən yaxşı şəhərləri açıqlanıb22.07.2026 - 10:29
VI “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb22.07.2026 - 10:25
“Dünyadakı dəyişikliklər mətbuatın fəaliyyətinə də təsir göstərib”22.07.2026 - 10:13
“Uşaqlığın son gecəsi” filminin Rüfəti vəfat edib22.07.2026 - 10:09
TƏBİB-də növbəti kadr təyinatı olub22.07.2026 - 09:57
“Atəşgah” Sığorta jurnalistlərlə görüş keçirib - FOTOLAR22.07.2026 - 09:52
Qazax-Tovuzun sertifikatlaşdırma üzrə lider müəllimləri bəlli olub22.07.2026 - 09:44
VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI22.07.2026 - 09:44
Keçmiş respublika birincisi MİQ-də də yüksək nəticə göstərib22.07.2026 - 09:34
Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi vəfat edib22.07.2026 - 09:30
Nazirdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO22.07.2026 - 09:26
Məleykə Abbaszadədən jurnalistlərə təbrik mesajı22.07.2026 - 09:23
Komandamız Avropa Universitet Oyunlarında 1/4 finala vəsiqə qazanıb22.07.2026 - 09:18
Pedaqoji Universitetin baş müəllimi vəfat edib22.07.2026 - 09:15
Quba-Xaçmazın ən yüksək nəticə göstərən məktəbləri açıqlanıb22.07.2026 - 09:12
Musiqi sənəti üzrə növbəti qəbul imtahanı keçiriləcək22.07.2026 - 09:08
Sabahın hava proqnozu açıqlanıb22.07.2026 - 08:48
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib22.07.2026 - 08:20
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək22.07.2026 - 08:20
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib22.07.2026 - 08:15
İsrailin Texnologiya İnstitutunun nümayəndəsi: Kibertəhlükəsizlik müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır22.07.2026 - 08:10
Sədr: 250-dən çox məzunun beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstərilib22.07.2026 - 08:05
Memarlıq və İnşaat Universitetinin tələbələri İstanbulda yay təcrübə proqramında iştirak edirlər-FOTOLAR22.07.2026 - 08:00
İxtisasından asılı olmayaraq bakalavrların ADPU-da seçə biləcəyi ixtisaslaşmalar22.07.2026 - 07:55
Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgi açılıb22.07.2026 - 07:40
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub-FOTOLAR22.07.2026 - 07:30
Moti Yeger: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi beynəlxalq tərəfdaşlığın uğurlu nümunəsidir22.07.2026 - 07:20
Fərid Osmanov: Kibertəhlükəsizlik rəqəmsal inkişaf siyasətinin əsas prioritetidir22.07.2026 - 06:51
“Əkinçi”dən Şuşa Qlobal Media Forumunadək: Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu22.07.2026 - 06:47
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib22.07.2026 - 06:32
Fransada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır22.07.2026 - 06:30
Elman Nəsirov: Azərbaycan mətbuatı 151 illik şərəfli inkişaf yolu keçib22.07.2026 - 06:26
QS reytinqi: Bakı dünyanın ən yaxşı tələbə şəhərləri arasında 95-ci yerdədir22.07.2026 - 06:19
Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır22.07.2026 - 06:15
Çempionlar Liqası: “Sabah” – KuPS oyunu başlayıb21.07.2026 - 16:35
“Dinamo”nun baş məşqçisi: "Neftçi" həqiqətən yaxşı komandadır21.07.2026 - 16:15
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:45
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56