Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb.
Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrinin dəstəyi ilə 2026-cı il aprel-iyun aylarında respublikanın paytaxt şəhər və regionlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli və nəzərdə tutulan dəyişikliklər ilə bağlı xarici dil müəllimləri üçün seminarlar keçirilmiş, onlara müvafiq metodiki tövsiyələr verilib.

