Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
“Tehsil365” xəbər verir ki, bu günə qədər artıq 121 mindən artıq uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə
Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
• ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

