Təhsil 365 - Logo Mobile

21 sahibkar Almaniya ilə biznes tərəfdaşlığı proqramına seçilib

14123.07.2026 - 06:11
21 sahibkar Almaniya ilə biznes tərəfdaşlığı proqramına seçilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə tərəfdaşlığı ilə həyata keçirilən “Almaniya ilə biznes tərəfdaşlığı” proqramı (“Partnering in Business with Germany”) çərçivəsində təlimlər keçirilir.

KOBİA-dan ”Tehsil365”ə bildirilib ki, alman ekspertlərinin keçirdiyi təlimlərdə yerli sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, yaşıl iqtisadiyyatın biznesin inkişafında rolu, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması barədə məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır. Növbəti mərhələdə iştirakçılar Almaniyanın Drezden və Berlin şəhərlərinə səfər edəcəklər. Səfər çərçivəsində onlar Biznesin İnkişafı Mərkəzində və qabaqcıl alman şirkətlərində təlim və təcrübə keçəcək, B2B görüşlərdə iştirak edəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.

Qeyd edək ki, proqram çərçivəsində may ayında elan edilmiş “yaşıl iqtisadiyyat” üzrə proqrama 50-dən çox yerli sahibkar və menecer müraciət edib. GIZ və KOBİA nümayəndələrinin iştirakı ilə müraciət edən şəxslərlə onlayn formatda fərdi müsahibələri keçirilib və onlardan 21-i proqramda iştirak etmək hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq 2009-cu ildən etibarən həyata keçirilən proqram (əvvəlki adı “Menecerlərin Təlimi Proqramı”) Azərbaycan sahibkarlarının biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Ümumilikdə Azərbaycandan indiyədək proqramda 621 nəfər sahibkar və menecer iştirak edib.

Azərbaycan tərəfinin proqramın 560 məzunu arasında apardığı sorğunun nəticələrinə əsasən proqramda iştirak etmiş bir çox yerli şirkətlər alman şirkətləri ilə əlaqələr qurub, bəziləri məhsullarını Almaniyaya ixrac edib və qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib. Proqram çərçivəsində qazandığı təcrübə əsasında bir sıra yerli şirkətlər fəaliyyətini modernləşdirib. Bundan başqa menecerlərin əksəriyyəti qeyd olunan proqramın onların fərdi və karyera inkişafında, eləcə də çalışdıqları şirkətlərin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıblar.

Fidan Məmmədli

Xəbər Lenti

İdman qabiliyyət imtahanı: Buraxılış vərəqələri istifadəyə verilib23.07.2026 - 10:03
Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət-FOTOLAR23.07.2026 - 10:01
9-cu siniflər üçün kollec seçimi: Ən aşağı keçid ballı ixtisaslar - SİYAHI23.07.2026 - 10:00
İNHA professoru tələbələr üçün kompüter alqoritmləri üzrə mühazirə keçib23.07.2026 - 09:55
Peşə təhsilində beynəlxalq sertifikat veriləcək ixtisaslar açıqlanıb23.07.2026 - 09:50
Peşə təhsili müəssisələrinin illik təhsil haqları məlum olub23.07.2026 - 09:48
Ən zəif nəticə bu fəndə qeydə alınıb – 1000-ə yaxın abituriyent 0 bal alıb23.07.2026 - 09:45
“İKT LAB” media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edib23.07.2026 - 09:43
Son 3 ildə peşə təhsilində qadınların iştirakında rekord artım qeydə alınıb23.07.2026 - 09:41
Dual peşə təhsilində ən çox qəbul yeri ayrılan ixtisaslar açıqlanıb - SİYAHI23.07.2026 - 09:38
Peşə təhsili müəssisələri yenilənir: 16 müəssisədə işlər davam edir23.07.2026 - 09:32
Tələbələr üçün 1000-ə yaxın yataqxana yeri ayrılıb23.07.2026 - 09:28
Azərbaycan və Türkiyə peşə təhsili sahəsində yeni əməkdaşlığa başlayır23.07.2026 - 09:22
Peşə təhsili alanlar hərbi xidmətdən möhlət ala biləcəklər?23.07.2026 - 09:15
Sabahın hava proqnozu: Bakıda 38 dərəcə isti gözlənilir23.07.2026 - 09:10
ADNSU tələbələri beynəlxalq yarışdan uğurla qayıdıblar23.07.2026 - 09:05
“Rezidentura” xüsusi buraxılışının III nömrəsi işıq üzü görüb23.07.2026 - 09:00
İyirmi nəfər Azərbaycan vətəndaşı Çində təqaüdlə təhsil alacaq23.07.2026 - 08:35
Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir-FOTOLAR23.07.2026 - 08:20
Bakı Xoreoqrafiya Akademiyasının yeni prioritetləri: ikili diplom və beynəlxalq layihələr23.07.2026 - 08:14
Agentliyin direktoru: Bu ildən peşə təhsilində 5 yeni ixtisas üzrə kadr hazırlığına başlanılır23.07.2026 - 08:08
Tanınmış rəssam Maral Rəhmanzadənin anadan olmasından 110 il ötür23.07.2026 - 08:04
Agentliyin direktoru: Bu il qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür23.07.2026 - 08:00
İlqar Bayramlı: Dual təhsil üzrə tələbə sayının təxminən 3 dəfə artacağı gözlənilir23.07.2026 - 07:56
Peşə təhsilinə maraq artır: Qəbul sayı 90 faiz yüksəlib23.07.2026 - 07:31
Bərpaolunan enerji texnologiyalarına xidmət edən innovativ materiallar üzərində tədqiqatlar aparılır23.07.2026 - 07:28
Qadınların peşə təhsilində iştirak göstəricisi 40 faizə yüksəlib23.07.2026 - 07:25
Daşkənddə “Dostluq” festivalı müxtəlif xalqların nümayəndələrini bir araya gətirib23.07.2026 - 07:18
“Baku Media Open” stolüstü tennis turnirinin qalibləri bəlli olub23.07.2026 - 07:15
Azərbaycan komandası Beynəlxalq İqtisadiyyat Olimpiadasında gümüş və bürünc medal qazanıb23.07.2026 - 07:12
Azərbaycanlı ilahiyyat tələbələri İstanbulda beynəlxalq yay məktəbində iştirak edirlər23.07.2026 - 07:10
BDU-nun 1000 məzununun elektron diplomu imzalanıb23.07.2026 - 07:06
Bakı Dövlət Universiteti Çin universiteti ilə tərəfdaşlığını genişləndirir23.07.2026 - 07:04
Elmi layihələrin praktik tətbiqi və kommersiyalaşdırılması diqqət mərkəzindədir23.07.2026 - 06:40
Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb23.07.2026 - 06:35
Azərbaycan Universiteti yeni tədris ilində təhsil proqramlarını əmək bazarına uyğun yeniləyib23.07.2026 - 06:26
Süd Yolunda alimləri təəccübləndirən yeni planet sistemi kəşf edilib23.07.2026 - 06:15
Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir22.07.2026 - 13:26
VI Yüksəliş müsabiqəsinin qaliblərinin 55 faizi UNEC məzunudur22.07.2026 - 13:18
BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib22.07.2026 - 13:06
Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib22.07.2026 - 12:03
BMU tələbələri AKM-də təhsilini uğurla tamamlayıb22.07.2026 - 10:48
Xarici dil fənni üzrə yeni qaydalar tətbiq olunacaq22.07.2026 - 10:44
Müəllimlərin geyimi ilə bağlı vahid tələblər tətbiq olunacaq22.07.2026 - 10:40
DİM-də beynəlxalq TOEFL iBT imtahanı keçirilib22.07.2026 - 10:37
Tələbələr üçün dünyanın ən yaxşı şəhərləri açıqlanıb22.07.2026 - 10:29
VI “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb22.07.2026 - 10:25