Təhsil 365 - Logo Mobile

Azərbaycanlı ilahiyyat tələbələri İstanbulda beynəlxalq yay məktəbində iştirak edirlər

15123.07.2026 - 07:10
Azərbaycanlı ilahiyyat tələbələri İstanbulda beynəlxalq yay məktəbində iştirak edirlər

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin tələbələri Aİİ, Türkiyə Dəyanət Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər.

İlahiyyat İnstitutundan “Tehsil365”ə bildirilib ki, tələbələr proqram çərçivəsində “Türkiyədə İslam araşdırmaları” mövzusunda seminarda iştirak edib, həmçinin ərəb dili dərslərinə qatılıblar. Onlar 29 Mayıs Universitetini də ziyarət edərək, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Təyyar Altıkulaç, rektor professor Mustafa Sinanoğlu, İlahiyyat fakültəsinin dekanı professor Ahmet Yücel və professor Zekeriye Güler ilə görüşüblər.

Görüş zamanı professor Təyyar Altıkulaç ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin elm və təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. O, ilahiyyat təhsili alan tələbələrə dini elmləri klassik mənbələr əsasında dərindən öyrənməyi, tənqidi düşüncə və elmi yanaşmanı əsas tutmağı, müasir dövrün çağırışlarını düzgün dəyərləndirməyi tövsiyə edib. Professor, həmçinin milli-mənəvi dəyərlərə sadiq qalmağın, cəmiyyətə faydalı, yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi formalaşmağın vacibliyini diqqətə çatdırıb.

İlahiyyat fakültəsinin dekanı professor Ahmet Yücel və professor Zekeriye Güler tələbələrə 29 Mayıs Universitetinin ilahiyyat təhsili modeli, tədris prosesi və universitetin təqdim etdiyi akademik imkanlar barədə məlumat veriblər. Onlar beynəlxalq akademik mühitin tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını bildirərək, belə proqramların yeni bilik və təcrübələrin qazanılması, eləcə də müxtəlif ölkələrdən olan tələbələr arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Qeyd edək ki, proqram çərçivəsində tanınmış alim və mütəxəssislər tərəfindən “Amerikada İslam araşdırmaları”, “Ərəb dünyasında kitab və nəşriyyat mədəniyyəti”, “Əlyazma əsərlər ənənəsi”, “İslam şəhərsalma ənənəsi və memarlığı”, “Müasir dünyada əxlaqi dəyərlər”, “İnsan və cəmiyyətin dərk edilməsi”, “Müasir dövrdə ilahiyyat təhsili: hədəflər, perspektivlər” və digər mövzularda mühazirələr təşkil olunacaq. Bununla yanaşı, tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi məqsədilə Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinə (İSAM), Rami Kitabxanasına, Sahni-Səman mədrəsələrinə, Fuat Sezgin Elm Tarixi Muzeyinə, həmçinin Bursa şəhərinin tarixi məkanlarına ekskursiyaların təşkil olunması nəzərdə tutulur.

Fidan Məmmədli

Xəbər Lenti

İdman qabiliyyət imtahanı: Buraxılış vərəqələri istifadəyə verilib23.07.2026 - 10:03
Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət-FOTOLAR23.07.2026 - 10:01
9-cu siniflər üçün kollec seçimi: Ən aşağı keçid ballı ixtisaslar - SİYAHI23.07.2026 - 10:00
İNHA professoru tələbələr üçün kompüter alqoritmləri üzrə mühazirə keçib23.07.2026 - 09:55
Peşə təhsilində beynəlxalq sertifikat veriləcək ixtisaslar açıqlanıb23.07.2026 - 09:50
Peşə təhsili müəssisələrinin illik təhsil haqları məlum olub23.07.2026 - 09:48
Ən zəif nəticə bu fəndə qeydə alınıb – 1000-ə yaxın abituriyent 0 bal alıb23.07.2026 - 09:45
“İKT LAB” media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edib23.07.2026 - 09:43
Son 3 ildə peşə təhsilində qadınların iştirakında rekord artım qeydə alınıb23.07.2026 - 09:41
Dual peşə təhsilində ən çox qəbul yeri ayrılan ixtisaslar açıqlanıb - SİYAHI23.07.2026 - 09:38
Peşə təhsili müəssisələri yenilənir: 16 müəssisədə işlər davam edir23.07.2026 - 09:32
Tələbələr üçün 1000-ə yaxın yataqxana yeri ayrılıb23.07.2026 - 09:28
Azərbaycan və Türkiyə peşə təhsili sahəsində yeni əməkdaşlığa başlayır23.07.2026 - 09:22
Peşə təhsili alanlar hərbi xidmətdən möhlət ala biləcəklər?23.07.2026 - 09:15
Sabahın hava proqnozu: Bakıda 38 dərəcə isti gözlənilir23.07.2026 - 09:10
ADNSU tələbələri beynəlxalq yarışdan uğurla qayıdıblar23.07.2026 - 09:05
“Rezidentura” xüsusi buraxılışının III nömrəsi işıq üzü görüb23.07.2026 - 09:00
İyirmi nəfər Azərbaycan vətəndaşı Çində təqaüdlə təhsil alacaq23.07.2026 - 08:35
Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir-FOTOLAR23.07.2026 - 08:20
Bakı Xoreoqrafiya Akademiyasının yeni prioritetləri: ikili diplom və beynəlxalq layihələr23.07.2026 - 08:14
Agentliyin direktoru: Bu ildən peşə təhsilində 5 yeni ixtisas üzrə kadr hazırlığına başlanılır23.07.2026 - 08:08
Tanınmış rəssam Maral Rəhmanzadənin anadan olmasından 110 il ötür23.07.2026 - 08:04
Agentliyin direktoru: Bu il qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür23.07.2026 - 08:00
İlqar Bayramlı: Dual təhsil üzrə tələbə sayının təxminən 3 dəfə artacağı gözlənilir23.07.2026 - 07:56
Peşə təhsilinə maraq artır: Qəbul sayı 90 faiz yüksəlib23.07.2026 - 07:31
Bərpaolunan enerji texnologiyalarına xidmət edən innovativ materiallar üzərində tədqiqatlar aparılır23.07.2026 - 07:28
Qadınların peşə təhsilində iştirak göstəricisi 40 faizə yüksəlib23.07.2026 - 07:25
Daşkənddə “Dostluq” festivalı müxtəlif xalqların nümayəndələrini bir araya gətirib23.07.2026 - 07:18
“Baku Media Open” stolüstü tennis turnirinin qalibləri bəlli olub23.07.2026 - 07:15
Azərbaycan komandası Beynəlxalq İqtisadiyyat Olimpiadasında gümüş və bürünc medal qazanıb23.07.2026 - 07:12
BDU-nun 1000 məzununun elektron diplomu imzalanıb23.07.2026 - 07:06
Bakı Dövlət Universiteti Çin universiteti ilə tərəfdaşlığını genişləndirir23.07.2026 - 07:04
Elmi layihələrin praktik tətbiqi və kommersiyalaşdırılması diqqət mərkəzindədir23.07.2026 - 06:40
Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb23.07.2026 - 06:35
Azərbaycan Universiteti yeni tədris ilində təhsil proqramlarını əmək bazarına uyğun yeniləyib23.07.2026 - 06:26
Süd Yolunda alimləri təəccübləndirən yeni planet sistemi kəşf edilib23.07.2026 - 06:15
21 sahibkar Almaniya ilə biznes tərəfdaşlığı proqramına seçilib23.07.2026 - 06:11
Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir22.07.2026 - 13:26
VI Yüksəliş müsabiqəsinin qaliblərinin 55 faizi UNEC məzunudur22.07.2026 - 13:18
BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib22.07.2026 - 13:06
Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib22.07.2026 - 12:03
BMU tələbələri AKM-də təhsilini uğurla tamamlayıb22.07.2026 - 10:48
Xarici dil fənni üzrə yeni qaydalar tətbiq olunacaq22.07.2026 - 10:44
Müəllimlərin geyimi ilə bağlı vahid tələblər tətbiq olunacaq22.07.2026 - 10:40
DİM-də beynəlxalq TOEFL iBT imtahanı keçirilib22.07.2026 - 10:37
Tələbələr üçün dünyanın ən yaxşı şəhərləri açıqlanıb22.07.2026 - 10:29
VI “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb22.07.2026 - 10:25