Təhsil 365 - Logo Mobile

Azərbaycan və Türkiyə peşə təhsili sahəsində yeni əməkdaşlığa başlayır

15223.07.2026 - 09:22
Azərbaycan və Türkiyə peşə təhsili sahəsində yeni əməkdaşlığa başlayır

"Azərbaycanda Türkiyə ilə birgə iki peşə təhsili müəssisəsi yaradılacaq".

“Tehsil365” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ölkə Prezidentinin 5 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən, qarşıdakı illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi, 2 müəssisənin isə əsaslı təmir olunması nəzərdə tutulur.

Direktor bildirib ki, Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər Planı təsdiqlənib. Hazırda yeni müəssisələrin hansı regionlarda yerləşəcəyi və layihəyə hansı peşə təhsili müəssisələrinin daxil ediləcəyi ilə bağlı seçim prosesi aparılır.

"Yaxın vaxtlarda bu prosesi yekunlaşdıracağıq. Müəssisələr müəyyənləşdirildikdən sonra layihələndirmə işlərinə başlanılacaq. Düşünürəm ki, 2027-ci ildən etibarən bir neçə müəssisənin tikintisinə start veriləcək. Proses 2028, 2029 və 2030-cu illərdə də davam etdiriləcək və həmin dövrdə yeni peşə təhsili müəssisələri istifadəyə veriləcək".

O xatırladıb ki, Azərbaycan və Türkiyə hökumətləri arasında 2021-ci ildə peşə təhsili sahəsində əməkdaşlığa dair protokol imzalanıb. Həmin protokola 2025-ci ildə əlavə sənəd qəbul olunub və bu sənəd həm Azərbaycan Milli Məclisi, həm də Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilib.

İlqar Bayramlının sözlərinə görə, əməkdaşlıq çərçivəsində Azərbaycanda Türkiyə ilə birgə iki peşə təhsili müəssisəsinin yaradılması planlaşdırılır.

"Müəssisələrdən biri Bakıda, digəri isə Qubada fəaliyyət göstərəcək. Burada 5 istiqamət üzrə ixtisasların tədrisi nəzərdə tutulur. Təhsil alan tələbələr həm Azərbaycan qanunvericiliyinə uyğun peşə diplomu, həm də Türkiyə qanunvericiliyinə uyğun peşə diplomu əldə edəcəklər. Bu isə məzunların beynəlxalq əmək bazarında daha rəqabətli kadr kimi formalaşmasına imkan yaradacaq", – deyə direktor vurğulayıb.

O əlavə edib ki, yeni yaradılacaq peşə təhsili müəssisələri üzrə təkcə tikinti işləri deyil, həmçinin yeni təhsil proqramlarının hazırlanması və beynəlxalq ikili diplom proqramlarının tətbiqi də nəzərdə tutulur.

Amin Cavayev

Xəbər Lenti

AƏSMA-da Elmi Konfrans31.10.2026 - 19:00
NDU və ADNSU Əməkdaşlığı31.10.2026 - 18:32
SDU-da Kitab Təqdimatı31.10.2026 - 18:28
Mədəni İrs Festivalı baş tutdu31.10.2026 - 18:19
Leyla Əliyeva Festivalda31.10.2026 - 18:14
Cəlilabadda direktor saxta diplom satdığına görə saxlanıldı31.10.2026 - 17:59
Tbilisidə peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq 31.10.2026 - 17:50
Gennadi Xazanov Heydər Əliyevin məzarını ziyarət edib31.10.2026 - 17:47
Azərbaycanda dövlət xidmətlərində süni intellekt tətbiq edilə bilər – Niderland şirkəti ilə memorandum imzalanıb31.10.2026 - 17:44
Cozef Tomsonun atom modeli ilk dəfə vizuallaşdırılıb 31.10.2026 - 17:42
"Google" Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib31.10.2026 - 17:39
Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil31.10.2026 - 17:36
Zəfər Günü münasibətilə bulvarda konsert olacaq31.10.2026 - 17:29
“Şəhərsalma mədəniyyəti”adlı monoqrafiya nəşr olunub31.10.2026 - 17:20
Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər31.10.2026 - 17:18
Akademik Vaqif Abbasovun “Seçilmiş əsərləri” kitabının birinci hissəsi çapdan çıxıb31.10.2026 - 17:17
Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib31.10.2026 - 17:12
Nobel mükafatı alan “Novaya qazeta” bağlandı31.10.2026 - 17:07
Rusiyada Dostoyevski Film Festivalında "Perspektiv" müsabiqə proqramına start verilib.31.10.2026 - 17:03
Azər Bayramov: Startaplar iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir31.10.2026 - 17:00
LDU-da təhsil və əmək bazarının inteqrasiyası müzakirə olunub31.10.2026 - 16:51
Azərbaycanda süni intellekt və innovasiya sahəsində yeni addımlar atılır31.10.2026 - 15:44
DİM nümayəndələri Bişkekdə beynəlxalq konfransda iştirak ediblər31.10.2026 - 15:29
Qubada bir sıra məktəb və bağçaların adları dəyişdirilib31.10.2026 - 15:22
Koreya səfiri BMU-da tələbələrlə görüşüb31.10.2026 - 15:17
Pedaqoji Universitet NASCO29-da təmsil olunub31.10.2026 - 15:13
Professor Arif Əfəndiyev vəfat etdi 31.10.2026 - 15:00
NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb31.10.2026 - 14:48
“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert keçirilib31.10.2026 - 10:07
Əziz Əliyevin yubileyi qeyd edilib31.10.2026 - 09:49
Zəfər Gününə həsr edilmiş konsert keçirilib31.10.2026 - 09:47
Azərbaycanlı tələbə Harvardda beynəlxalq uğur əldə edib31.10.2026 - 09:24
ADA Məktəbində “Məhsul bayramı” keçirilib31.10.2026 - 08:40
Bakıda beynəlxalq rəqs festivalı keçirilir31.10.2026 - 08:35
Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur31.10.2026 - 08:32
“Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb31.10.2026 - 08:30
Sabahın hava proqnozu açıqlanıb 31.10.2026 - 08:27
Azərbaycanlı şagirdlər Eynşteyn Olimpiadasında uğur qazanıblar31.10.2026 - 08:19
“Art Weekend”in rəsmi açılışı olub31.10.2026 - 08:12
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar30.10.2026 - 20:00
DİM nümayəndələri Bişkekdə beynəlxalq konfransda iştirak ediblər30.10.2026 - 20:00
BDU-da Karyera Təlimi30.10.2026 - 19:41
BDU-da IELTS Uğuru30.10.2026 - 19:39
Lənkəranda Pedaqoji Müzakirə30.10.2026 - 19:36
ADNSU Tələbəsindən Qələbə30.10.2026 - 19:34
ADNSU-da Biotexnologiya Seminarı30.10.2026 - 19:31
ADNSU-da Elmi Seminar30.10.2026 - 19:28
ADNSU-da Təcrübə İmkanları30.10.2026 - 19:25