Bakıda gənc oğlan müəmmalı şəraitdə vəfat edib.
“Tehsil365” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində baş verib.
Belə ki, iyulun 23-ü saat 02 radələrində 2007-ci il təvəllüdlü İbrahim Rəvan oğlu Hacızadənin meyiti yaşadığı “V” yaşayış sahəsindəki evdə yaxınları tərəfindən aşkar edilib.
İ.Hacızadənin paytaxtdakı universitetlərdən birinin 3-cü kurs tələbəsi olduğu bildirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

