Avqustun 5-də Qarabağ Universitetinə tanışlıq məqsədilə birgünlük səfər təşkil ediləcək.
“Tehsil365” Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, səfər çərçivəsində iştirakçılar universitetdə yaradılan təhsil mühiti, infrastruktur və tələbələrə təqdim olunan imkanlarla yaxından tanış olacaqlar.
"T-Network "ün təşəbbüsü ilə həyata keçiriləcək səfərdə iştirak ödənişsizdir.

