Təhsil 365 - Logo Mobile

“Süni intellektin şeir və müxtəlif mətnlər yazması son illərdə ədəbi mühitdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib” - Yazıçı İradə Aytel

15023.07.2026 - 13:40
“Süni intellektin şeir və müxtəlif mətnlər yazması son illərdə ədəbi mühitdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib” - Yazıçı İradə Aytel

“Süni intellekt qısa müddətdə böyük həcmdə məlumatı emal edə, müxtəlif üslubları təqlid edə və məntiqi baxımdan düzgün mətnlər yarada bilir. Bununla belə, mən hesab edirəm ki, gələcəkdə süni intellekt yazıçını tam mənada əvəz edə bilməyəcək”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında yazıçı İradə Aytel bildirib.

Yazıçının sözlərin görə, bunun əsas səbəbi yazıçının yaratdığı əsərin yalnız sözlərin ardıcıl düzülüşündən ibarət olmamasıdır.

“Bu fikrin əsas səbəbi ondan ibarətdir ki, yazıçının yaratdığı əsər yalnız sözlərin ardıcıl düzülüşündən ibarət deyil. Ədəbiyyat insanın yaşadığı həyatın, hisslərinin, müşahidələrinin və daxili dünyasının ifadəsidir. Məhz buna görə də Süni intellekt alqoritmdir - hesablamağı, uyğunlaşdırmağı, oxşatmağı, təqlidi və s. bacarır, lakin hissləri, yaşantıları, ağrını... nə yaşaya, nə də yaşada bilməz. Süni intellekt mövcud məlumatlardan istifadə edərək yeni mətn qura bilər, lakin o, insan kimi sevə, ayrılıq hissini yaşaya, qorxa, ümid edə və ya həyat təcrübəsi qazana bilməz. Onun yazdığı mətnlər oxunaqlı və təsirli görünsə də, onların arxasında şəxsi tale və yaşanmış hisslər yoxdur”.

Onun sözlərinə görə, yazıçı hər əsərinə öz həyatından bir parça qatır.

“Yazıçı isə hər əsərinə öz həyatından bir parça qatır. Yazıçı cəmiyyətin problemlərini görür, insan psixologiyasını duyur, yaşadığı dövrün ruhunu əsərlərində əks etdirir. Oxucunu təsirləndirən də məhz bu səmimiyyət və həqiqilikdir. Böyük yazıçıların əsərləri bu gün də sevilirsə, bunun səbəbi yalnız gözəl dil, maraqlı sujet xətti deyil, həmin əsərlərdə əks olunan insan taleləri və dərin mənəvi dəyərlərdir. Süni intellekt bu xüsusiyyətləri təqlid edə bilər, lakin onları həqiqətən yaşaya bilməz”.

Yazıçı vurğulayıb ki, süni intellekti yazıçının rəqibi deyil, asistenti, köməkçisi kimi görmək daha məqsədəuyğundur.

“Bununla yanaşı, süni intellekti yazıçının rəqibi deyil, asistenti, köməkçisi kimi görmək daha məqsədəuyğundur. O, məlumat toplamaq, ideyaları sistemləşdirmək, ilkin mətn hazırlamaq və redaktə prosesində faydalı vasitə ola bilər. Lakin əsərə ruh verən, onu yaddaqalan edən yenə də insan təxəyyülü, duyğuları və fərdi baxışıdır.

Nəticə etibarilə, texnologiya nə qədər inkişaf etsə də, süni intellekt yazıçının yerini tam tuta bilməz”.

Amin Cavayev

Xəbər Lenti

Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədi23.07.2026 - 14:56
ADAU 5 il müddətinə akkreditasiya olunub23.07.2026 - 14:51
Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib - FOTOLAR 23.07.2026 - 14:46
IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş - FOTOLAR23.07.2026 - 14:38
UNEC Zaqatala filialında Açıq Qapı Günü 23.07.2026 - 14:31
BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi23.07.2026 - 14:24
Dövlət dəstəyi ilə bağçalara qəbul üçün müsabiqə nə zaman olacaq?23.07.2026 - 14:19
Dövlət bağçalarında kamera nəzarəti olacaq? - AÇIQLAMA23.07.2026 - 14:12
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb - FOTOLAR23.07.2026 - 14:03
Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılıb - FOTOLAR23.07.2026 - 13:56
Sumqayıtlı gənc NASA-nın layihə rəhbəri oldu - FOTO23.07.2026 - 13:49
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayıb23.07.2026 - 13:44
20 azərbaycanlı Çində təqaüdlə təhsil alacaq23.07.2026 - 13:38
Təhsil işçiləri üçün Qarabağ Universitetinə ödənişsiz səfər23.07.2026 - 13:30
SDU dosenti beynəlxalq elmi məsləhətçilik missiyasına başlayır23.07.2026 - 13:23
AzTU-Gazi Universiteti ikili diplom proqramına qəbul davam edir23.07.2026 - 13:15
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər - FOTOLAR23.07.2026 - 13:07
III kurs tələbəsi vəfat edib23.07.2026 - 10:33
DİM-dən I və IV qrupların nəticələri ilə bağlı açıqlama23.07.2026 - 10:29
Mərkəzi Aran üzrə ən yüksək nəticə göstərən məzunların məktəbləri açıqlanıb23.07.2026 - 10:24
Tələbələr üçün təqaüdlərin məbləği məlum olub – SİYAHI23.07.2026 - 10:20
Mübahisəli sual ləğv edildi: Minlərlə namizədin imtahan nəticəsi yeniləndi23.07.2026 - 10:17
UNEC alimləri Xəzərin ekoloji durumunu araşdıracaq23.07.2026 - 10:13
BMU məzunundan böyük uğur: Almaniyanın üç universitetinə qəbul olunub23.07.2026 - 10:09
İdman qabiliyyət imtahanı: Buraxılış vərəqələri istifadəyə verilib23.07.2026 - 10:03
Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət-FOTOLAR23.07.2026 - 10:01
9-cu siniflər üçün kollec seçimi: Ən aşağı keçid ballı ixtisaslar - SİYAHI23.07.2026 - 10:00
İNHA professoru tələbələr üçün kompüter alqoritmləri üzrə mühazirə keçib23.07.2026 - 09:55
Peşə təhsilində beynəlxalq sertifikat veriləcək ixtisaslar açıqlanıb23.07.2026 - 09:50
Peşə təhsili müəssisələrinin illik təhsil haqları məlum olub23.07.2026 - 09:48
Ən zəif nəticə bu fəndə qeydə alınıb – 1000-ə yaxın abituriyent 0 bal alıb23.07.2026 - 09:45
“İKT LAB” media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edib23.07.2026 - 09:43
Son 3 ildə peşə təhsilində qadınların iştirakında rekord artım qeydə alınıb23.07.2026 - 09:41
Dual peşə təhsilində ən çox qəbul yeri ayrılan ixtisaslar açıqlanıb - SİYAHI23.07.2026 - 09:38
Peşə təhsili müəssisələri yenilənir: 16 müəssisədə işlər davam edir23.07.2026 - 09:32
Tələbələr üçün 1000-ə yaxın yataqxana yeri ayrılıb23.07.2026 - 09:28
Azərbaycan və Türkiyə peşə təhsili sahəsində yeni əməkdaşlığa başlayır23.07.2026 - 09:22
Peşə təhsili alanlar hərbi xidmətdən möhlət ala biləcəklər?23.07.2026 - 09:15
Sabahın hava proqnozu: Bakıda 38 dərəcə isti gözlənilir23.07.2026 - 09:10
ADNSU tələbələri beynəlxalq yarışdan uğurla qayıdıblar23.07.2026 - 09:05
“Rezidentura” xüsusi buraxılışının III nömrəsi işıq üzü görüb23.07.2026 - 09:00
İyirmi nəfər Azərbaycan vətəndaşı Çində təqaüdlə təhsil alacaq23.07.2026 - 08:35
Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir-FOTOLAR23.07.2026 - 08:20
Bakı Xoreoqrafiya Akademiyasının yeni prioritetləri: ikili diplom və beynəlxalq layihələr23.07.2026 - 08:14
Agentliyin direktoru: Bu ildən peşə təhsilində 5 yeni ixtisas üzrə kadr hazırlığına başlanılır23.07.2026 - 08:08
Tanınmış rəssam Maral Rəhmanzadənin anadan olmasından 110 il ötür23.07.2026 - 08:04
Agentliyin direktoru: Bu il qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür23.07.2026 - 08:00