ADAU 5 il müddətinə akkreditasiya olunub.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan akkreditasiya qiymətləndirilməsini uğurla başa vuraraq 5 il müddətinə akkreditasiya olunub.
Bu ADAU-da həyata keçirilən davamlı inkişaf strategiyasının, keyfiyyət təminatı siyasətinin və beynəlxalq standartlara uyğun ali təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlərin nəticəsidir.

