Təhsil 365 - Logo Mobile

Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədi

14923.07.2026 - 14:56
Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədi

Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

“Tehsil365” xəbər verir ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.

Qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.

Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Proqram akkreditasiyası üzrə “İbtidai sinif müəllimliyi” ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.

“Məktəbəqədər təhsil” ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da “uyğun deyil” nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.

Qeyd edək ki, Akkreditasiya Şurasının qərarlarından sonra akkreditasiya olunmuş ali təhsil müəssisələri və təhsil proqramları üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrasını təmin etmək məqsədilə fəaliyyət planları hazırlanacaq və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdırılacaq.

Akkreditasiya prosesi ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, dövlət təhsil standartlarına uyğunluğun təmin edilməsinə və ali təhsil sistemində davamlı inkişafın dəstəklənməsinə xidmət edir.

Zümrüd Əlicanlı

Xəbər Lenti

ADAU 5 il müddətinə akkreditasiya olunub23.07.2026 - 14:51
Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib - FOTOLAR 23.07.2026 - 14:46
IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş - FOTOLAR23.07.2026 - 14:38
UNEC Zaqatala filialında Açıq Qapı Günü 23.07.2026 - 14:31
BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi23.07.2026 - 14:24
Dövlət dəstəyi ilə bağçalara qəbul üçün müsabiqə nə zaman olacaq?23.07.2026 - 14:19
Dövlət bağçalarında kamera nəzarəti olacaq? - AÇIQLAMA23.07.2026 - 14:12
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb - FOTOLAR23.07.2026 - 14:03
Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılıb - FOTOLAR23.07.2026 - 13:56
Sumqayıtlı gənc NASA-nın layihə rəhbəri oldu - FOTO23.07.2026 - 13:49
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayıb23.07.2026 - 13:44
“Süni intellektin şeir və müxtəlif mətnlər yazması son illərdə ədəbi mühitdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib” - Yazıçı İradə Aytel23.07.2026 - 13:40
20 azərbaycanlı Çində təqaüdlə təhsil alacaq23.07.2026 - 13:38
Təhsil işçiləri üçün Qarabağ Universitetinə ödənişsiz səfər23.07.2026 - 13:30
SDU dosenti beynəlxalq elmi məsləhətçilik missiyasına başlayır23.07.2026 - 13:23
AzTU-Gazi Universiteti ikili diplom proqramına qəbul davam edir23.07.2026 - 13:15
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər - FOTOLAR23.07.2026 - 13:07
III kurs tələbəsi vəfat edib23.07.2026 - 10:33
DİM-dən I və IV qrupların nəticələri ilə bağlı açıqlama23.07.2026 - 10:29
Mərkəzi Aran üzrə ən yüksək nəticə göstərən məzunların məktəbləri açıqlanıb23.07.2026 - 10:24
Tələbələr üçün təqaüdlərin məbləği məlum olub – SİYAHI23.07.2026 - 10:20
Mübahisəli sual ləğv edildi: Minlərlə namizədin imtahan nəticəsi yeniləndi23.07.2026 - 10:17
UNEC alimləri Xəzərin ekoloji durumunu araşdıracaq23.07.2026 - 10:13
BMU məzunundan böyük uğur: Almaniyanın üç universitetinə qəbul olunub23.07.2026 - 10:09
İdman qabiliyyət imtahanı: Buraxılış vərəqələri istifadəyə verilib23.07.2026 - 10:03
Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət-FOTOLAR23.07.2026 - 10:01
9-cu siniflər üçün kollec seçimi: Ən aşağı keçid ballı ixtisaslar - SİYAHI23.07.2026 - 10:00
İNHA professoru tələbələr üçün kompüter alqoritmləri üzrə mühazirə keçib23.07.2026 - 09:55
Peşə təhsilində beynəlxalq sertifikat veriləcək ixtisaslar açıqlanıb23.07.2026 - 09:50
Peşə təhsili müəssisələrinin illik təhsil haqları məlum olub23.07.2026 - 09:48
Ən zəif nəticə bu fəndə qeydə alınıb – 1000-ə yaxın abituriyent 0 bal alıb23.07.2026 - 09:45
“İKT LAB” media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edib23.07.2026 - 09:43
Son 3 ildə peşə təhsilində qadınların iştirakında rekord artım qeydə alınıb23.07.2026 - 09:41
Dual peşə təhsilində ən çox qəbul yeri ayrılan ixtisaslar açıqlanıb - SİYAHI23.07.2026 - 09:38
Peşə təhsili müəssisələri yenilənir: 16 müəssisədə işlər davam edir23.07.2026 - 09:32
Tələbələr üçün 1000-ə yaxın yataqxana yeri ayrılıb23.07.2026 - 09:28
Azərbaycan və Türkiyə peşə təhsili sahəsində yeni əməkdaşlığa başlayır23.07.2026 - 09:22
Peşə təhsili alanlar hərbi xidmətdən möhlət ala biləcəklər?23.07.2026 - 09:15
Sabahın hava proqnozu: Bakıda 38 dərəcə isti gözlənilir23.07.2026 - 09:10
ADNSU tələbələri beynəlxalq yarışdan uğurla qayıdıblar23.07.2026 - 09:05
“Rezidentura” xüsusi buraxılışının III nömrəsi işıq üzü görüb23.07.2026 - 09:00
İyirmi nəfər Azərbaycan vətəndaşı Çində təqaüdlə təhsil alacaq23.07.2026 - 08:35
Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir-FOTOLAR23.07.2026 - 08:20
Bakı Xoreoqrafiya Akademiyasının yeni prioritetləri: ikili diplom və beynəlxalq layihələr23.07.2026 - 08:14
Agentliyin direktoru: Bu ildən peşə təhsilində 5 yeni ixtisas üzrə kadr hazırlığına başlanılır23.07.2026 - 08:08
Tanınmış rəssam Maral Rəhmanzadənin anadan olmasından 110 il ötür23.07.2026 - 08:04
Agentliyin direktoru: Bu il qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür23.07.2026 - 08:00