İyulun 23-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Pakistan İslam Respublikasının federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş keçirib.
Elm və Təhsil Nazirliyindən “Tehsil365” ə bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında elm və təhsil sahəsində mövcud əlaqələr, bu istiqamətdə həyata keçirilən birgə fəaliyyətlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

