Təhsil 365 - Logo Mobile

ADNSU tələbələrindən ibarət komandanın innovativ layihəsi kibertəhlükəsizlik üzrə I yerə layiq görülüb

15224.07.2026 - 04:28
ADNSU tələbələrindən ibarət komandanın innovativ layihəsi kibertəhlükəsizlik üzrə I yerə layiq görülüb

ADNSU tələbələrindən ibarət komandanın innovativ layihəsi kibertəhlükəsizlik üzrə I yerə layiq görülüb.

ADNSU-dan “Tehsil365” ə bildirilib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) VII kohortunun Məzun Günü keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, sənaye tərəfdaşları və digər rəsmi qonaqlar iştirak ediblər.

Bu il AKM-in VII kohortu üzrə 55 məzun təhsilini uğurla başa vurub. Onlardan 21 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələridir ki, bu da universitetimizin kibertəhlükəsizlik sahəsində yetişdirdiyi yüksəkixtisaslı mütəxəssislərin hazırlığında mühüm rol oynadığını bir daha nümayiş etdirir.

Məzunlar arasında Red Team istiqaməti üzrə ən yüksək nəticəni də ADNSU tələbəsi Samir Abdullayev (BA proqramları) göstərərək 95 bal toplayıb və bu istiqamət üzrə kohortun lideri olub. Mərkəzin məzunları arasında ADNSU tələbələrinin daha bir uğuru isə komanda şəkilində birinci yeri tutması ilə bağlıdır. Belə ki, tədbir çərçivəsində komandalar tərəfindən hazırlanmış innovativ layihələrin təqdimatı da keçirilib. Doqquz komandanın iştirak etdiyi layihə müsabiqəsində ADNSU tələbələri Cavidan Aşurlu (SABAH qrupları), Nərgiz Heydərli (SABAH qrupları) və Məhəmmədəli Hüseynzadənin (İTİF) hazırladığı layihə I yerə layiq görülüb. Layihə innovativ yanaşması, praktik tətbiq imkanları və texnoloji üstünlükləri ilə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qürurverici məqamlardan biri də ondan ibarətdir ki, qalib layihə artıq Clomni və Devlink şirkətləri tərəfindən sınaqdan keçirilərək uğurla tətbiq olunub və hazırda aktiv istifadədədir. Bu, tələbələrin hazırladığı innovativ həllərin yalnız akademik mühit üçün deyil, həm də sənaye üçün real dəyər yaratdığını nümayiş etdirir.

Bununla yanaşı, AKM-in VII kohortu üzrə yüksək akademik göstəricilərinə, peşəkar hazırlıq səviyyəsinə və təlim müddətində nümayiş etdirdikləri uğurlu nəticələrə görə seçilmiş 5 məzun xarici ölkədə 1 aylıq peşəkar iş təcrübəsi (internship) keçmək hüququ qazanıb. Sevindirici haldır ki, seçilmiş məzunlar arasında ADNSU-nun SABAH qruplarının iki tələbəsi – Nəzrin Cəfərli və Aysu Vəliyeva da yer alır. Bu nailiyyət ADNSU tələbələrinin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli bilik və bacarıqlara malik olduqlarını bir daha nümayiş etdirir.

AKM-in VII kohortunun məzunlarının əldə etdiyi nailiyyətlər ölkəmizdə kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı kadr hazırlığının uğurla inkişaf etdiyini, ADNSU-nun isə bu istiqamətdə aparıcı ali təhsil müəssisələrindən biri kimi öz mövqeyini daha da möhkəmləndirdiyini bir daha təsdiq edir.

Nuray Babayeva

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20