Təhsil 365 - Logo Mobile

Sağlam beyin üçün nələr etmək lazımdır?

13324.07.2026 - 04:54
Sağlam beyin üçün nələr etmək lazımdır?

Sağlam beyin üçün nizamlı yuxu, düzgün qidalanma və fiziki aktivlik həyat tərzinə çevrilməlidir. Nevroloji mütəxəssislər bildirirlər ki, beyin sağlamlığının təməli hələ ana bətnində formalaşır və bu istiqamətdə görülən tədbirlər ömür boyu sağlamlığa təsir göstərir.

“Tehsil365” Musavat.az-a istinadən xəbər verir ki, Bu barədə Ondokuz Mayıs Universiteti Tibb Fakültəsinin Nevrologiya kafedrasının müdiri və Türkiyə Nevrologiya Dərnəyinin sədri professor Murat Terzi 22 İyul – Ümumdünya Beyin Günü münasibətilə keçirilən maarifləndirmə tədbirləri çərçivəsində danışıb.

Professorun sözlərinə görə, ətraf mühitin çirklənməsi, elektromaqnit şüalanması, siqaret çəkmə, həddindən artıq duz qəbulu, piylənmə və qeyri-sağlam qidalanma beyin sağlamlığı üçün əsas risk amilləridir. Bundan başqa, Alzheimer, Parkinson və dağınıq skleroz (MS) kimi irsi nevroloji xəstəliklər də riskin artmasına səbəb olur.

Mütəxəssis sağlam beynin qorunması üçün Aralıq dənizi tipli qidalanmaya üstünlük verilməsini, meyvə və tərəvəzlə zəngin rasiona əməl edilməsini, duz, siqaret və alkoqol istehlakının məhdudlaşdırılmasını tövsiyə edib. O, həmçinin ekran qarşısında keçirilən vaxtın azaldılmasının və xüsusilə gecə saatlarında Wi-Fi və mobil telefon kimi elektromaqnit mənbələrindən mümkün qədər uzaq qalmağın faydalı olduğunu bildirib.

Terzi qeyd edib ki, həftədə azı iki-üç dəfə gəzinti və ya idmanla məşğul olmaq, normal bədən çəkisini qorumaq, yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəlikləri nəzarətdə saxlamaq beyin damar xəstəliklərinin və digər nevroloji problemlərin yaranma riskini azalda bilər.

Professor vurğulayıb ki, əhalinin yaşlanması ilə demensiya, Alzheimer və Parkinson kimi xəstəliklərin yayılması artır. Onun sözlərinə görə, bu səbəbdən profilaktik tədbirlərin gücləndirilməsi və cəmiyyətin maarifləndirilməsi böyük əhəmiyyət daşıyır.

Mütəxəssis sonda bildirib ki, tez-tez baş ağrısı, qıcolma, yerimədə çətinlik və ya görmə pozğunluğu kimi əlamətlər müşahidə olunduqda vaxt itirmədən nevroloqa müraciət etmək lazımdır.

Nuray Babayeva

Xəbər Lenti

UNESCO-da Azərbaycanın SECURE modeli nümayiş olunub24.07.2026 - 09:48
Təhsil Naziri avqustda vətəndaş qəbulları keçirəcək – SİYAHI24.07.2026 - 09:42
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni təyinat24.07.2026 - 09:25
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin yeni binası belə görünəcək – FOTOLAR24.07.2026 - 09:20
Bu ölkə azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq24.07.2026 - 09:10
Həmin müəllimin məhkəmə prosesi qapalı keçiriləcək24.07.2026 - 09:05
Azərbaycanda iki müəllim dünyasını dəyişib24.07.2026 - 09:00
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb24.07.2026 - 08:55
Məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi necə təmin olunmalıdır? – Ekspert açıqladı24.07.2026 - 08:45
Sabaha olan hava proqnozu açıqlanıb24.07.2026 - 08:40
Kibertəhlükəsizlik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün vacib prinsiplər-Ekspertdən açıqlama 24.07.2026 - 08:40
Göygöldə V Milli Yaylaq Festivalına start verilib24.07.2026 - 08:35
Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib24.07.2026 - 08:30
Dövlət orqanlarına daxili müsahibə elan edilir24.07.2026 - 08:25
Azərbaycan Universitetinin yüksək bal toplayan tələbələri - ADLAR24.07.2026 - 08:20
Yüksək bal toplayan abituriyentlər ADNSU-da olublar24.07.2026 - 08:15
IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi işə başlayıb24.07.2026 - 08:09
Azərbaycan Universiteti: Təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi prioritet məsələlərdəndir24.07.2026 - 08:00
UNEC-də daha bir YENİLİK: Tələbələr bir semestr staj keçəcəklər24.07.2026 - 07:55
MİQ-dən 95 bal toplayan namizəd: "Hər gün 7-8 saat imtahana hazırlaşırdım"24.07.2026 - 07:50
Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda yarışacaq24.07.2026 - 07:36
Qazaxıstanda Orta Dəhliz üçün strateji əhəmiyyətli yeni dəmir yolu xətti tikilir24.07.2026 - 07:17
“Kapitan və Xəzər dənizi” Sarayevo Film Festivalının müsabiqə proqramına seçilib24.07.2026 - 07:13
ADPU ali təhsil müəssisələrinin sərgisində təhsil imkanlarını təqdim edəcək24.07.2026 - 07:11
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb24.07.2026 - 07:08
FHN-dən həftəsonu gözlənilən isti hava ilə bağlı əhaliyə müraciət24.07.2026 - 07:03
Günay Həsənli İtaliyada bu proqram üzrə PhD dərəcəsi alan ilk azərbaycanlı qadın olub24.07.2026 - 06:58
ADMİU-da “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirilib24.07.2026 - 06:34
Abituriyentlər üçün ADPU ilə yaxından tanış olmaq şansı - ali təhsil müəssisələrinin sərgisi24.07.2026 - 05:56
2-ci kurs tələbəsi vəfat etdi24.07.2026 - 05:44
Sumqayıt Dövlət Universiteti institusional və proqram akkreditasiyasından uğurla keçib24.07.2026 - 05:38
Gəncə Dövlət Universiteti əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qəbulunu elan edir24.07.2026 - 05:28
NDU yüksək nəticə ilə növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçdi24.07.2026 - 05:21
Azərbaycandan ilk dəfə Xəzər Universiteti Koalisiyaya üzv oldu 24.07.2026 - 05:08
ATU aliminin beynəlxalq elmi araşdırması innovasiya və dayanıqlı səhiyyə inkişafına töhfə verir24.07.2026 - 04:45
BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır24.07.2026 - 04:39
ADNSU tələbələrindən ibarət komandanın innovativ layihəsi kibertəhlükəsizlik üzrə I yerə layiq görülüb24.07.2026 - 04:28
UNEC-in Ekologiya laboratoriyasında Xəzər dənizinin ekoloji vəziyyəti tədqiq olunacaq24.07.2026 - 04:19
IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş keçirilib24.07.2026 - 04:09
Elm və təhsil nazirinin müavini Pakistanın dövlət naziri ilə görüşüb24.07.2026 - 04:02
Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədi23.07.2026 - 14:56
ADAU 5 il müddətinə akkreditasiya olunub23.07.2026 - 14:51
Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib - FOTOLAR 23.07.2026 - 14:46
IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş - FOTOLAR23.07.2026 - 14:38
UNEC Zaqatala filialında Açıq Qapı Günü 23.07.2026 - 14:31
BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi23.07.2026 - 14:24
Dövlət dəstəyi ilə bağçalara qəbul üçün müsabiqə nə zaman olacaq?23.07.2026 - 14:19