2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb
“Tehsil365” xəbər verir ki, imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunub.
MİQ imtahanında yüksək nəticə göstərən namizədlər arasında Zahid Əliyev də yer alıb. O, tarix müəllimliyi ixtisası üzrə 95 bal toplayıb.
Hər gün 7-8 saatımı imtahana hazırlaşmağa sərf edirdim:
“MİQ imtahanında tarix fənni üzrə 95 bal toplamışam. Bu nəticəni əldə etmək üçün təxminən 2 ay ərzində sistemli şəkildə hazırlaşdım. Demək olar ki, hər gün 7-8 saatımı imtahana hazırlaşmağa sərf edirdim.
Hazırlıq prosesində əsasən öz üzərimdə çalışdım. Axtarışlar vasitəsilə müxtəlif resurslar əldə edərək həm ixtisas, həm də metodika üzrə müəllim dəstəyi olmadan hazırlaşdım. Yalnız vaxtaşırı təşkil olunan ödənişsiz qrup müzakirələrində iştirak edərək biliklərimi möhkəmləndirdim və mövzular üzərində fikir mübadiləsi aparırdım”.

