Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib. Görüşdə Bakı və regionlardan məktəb və liseyləri bitirib qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər iştirak ediblər.
ADNSU-dan “Tehsil365”ə bildirilib ki, rektor dosent Rüfət Əzizov abituriyentləri yüksək nəticə göstərmələri münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Görüş zamanı gələcəyin tələbələrinə universitetdə təhsil imkanları, ixtisaslar, maddi-texniki baza, tədris prosesi və tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
Suallar ADNSU-nun rektoru və universitetin aidiyyəti struktur bölmələrinin rəhbərləri tərəfindən ətraflı cavablandırılıb.
Daha sonra abituriyentlər universitetin laboratoriyaları, muzeyləri, kompüter otaqları və kitabxanası ilə tanış olub, ADNSU-nun tədris və elmi infrastrukturu barədə yaxından məlumat əldə ediblər.

