Təhsil 365 - Logo Mobile

Məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi necə təmin olunmalıdır? – Ekspert açıqladı

15724.07.2026 - 08:45
Məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi necə təmin olunmalıdır? – Ekspert açıqladı

"Məktəb yaxınlığında sadəcə nişan qoymaq kifayət etmir, sürəti azaltmağa məcbur edən şərait yaradılmalıdır”.

Bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov “Tehsil365”ə verdiyi açıqlama bildirib.

“Deməli, bu, bəli, çox aktual məsələdir. Hətta sizə deyim ki, 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı təsdiq olunmuşdu: 2019–2023-cü illər üçün.

​Həmin dövlət proqramında orta məktəblərin, ümumiyyətlə uşaq müəssisələrinin yaxınlığındakı küçə və yollarda yol hərəkəti təhlükəsizliyinin daha yüksək səviyyəyə qaldırılması üçün hərəkətin təşkilinin xüsusi qaydalarını işləyib hazırlamaq tapşırığı var idi.

Hər halda dünyanın hər yerində uşaq müəssisələrinin ətrafında, xüsusən də uşaq müəssisələrinin ən geniş yayılmış olan məktəblərin ətrafında hərəkət təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Küçələrdə, yollarda xüsusi texniki vasitələrlə daha təhlükəsiz hərəkət şəraiti yaradılır.

Qısaca, bu nədən ibarətdir? Deməli, bir qayda olaraq, həmin məktəb ətrafı küçə və prospektlərdə, yollarda daha aşağı sürət müəyyən olunur. Məsələn, dünyada belə təcrübə var: məktəbin ətrafından keçən, yaxınlığından keçəndə 30 kilometr/saatdan yuxarı sürətə icazə verilmir. Bir qayda olaraq, bax bunu tətbiq edirlər.

Daha sonra, bunu sadəcə "nişan qoyduq, bununla bitmir" Elə şərait yaradırlar ki, elə 30 kilometr/saatdan yuxarı sürətlə hərəkət etmək mümkün olmasın. Düzdür, indi bəzən bu bəzi sürücülər bunu biraz başqa cür qarşılayırlar ki, "bəs bu necə olacaq?" Amma orda qeyri-adi heç nə yoxdur. Məktəbin ətrafında olan küçə və prospektlərin uzunluğu bir neçə yüz metr olur. Tutaq ki, bir 300 metr, 500 metrdə sürətin o həddə endirilməsi heç bir problem də yaratmır, onsuz da şəhərlərdə, kəndlərdə, qəsəbələrdə yaşayış məntəqələrinin küçə və prospektlərində faktiki sürət aşağı olur, xüsusən də belə zonalarda faktiki sürət aşağı olur.

Sürəti endirməyə məcbur edən tədbirlər görülür. Məsələn üçün, adacıqlar yaradılır piyada keçidləri qarşısında, yolayrıcları qarşısındakı sürücülər məcbur olub orda daha asta sürətlə hərəkət eləsinlər. Həmin adacıqlar hesabına piyada keçidləri daha yaxşı görünən olur. Orda piyada varsa, o piyada yaxınlaşan nəqliyyat vasitəsinin sürücüləri tərəfindən yaxşı görünür. Və əksinə, piyadalar nəqliyyat axınını daha yaxşı müşahidə eləyirlər ki, müxtəlif zonalardan gələn nəqliyyat vasitələrinin hamısı görünə bilir.

Piyada keçidlərinin təşkilinə xüsusi diqqət yetirilir. Bir qayda olaraq, imkan daxilində, əgər bunun üçün meyarlar varsa, (böyük şəhərlərdə xüsusən) işıqforla tənzimlənən piyada keçidlərinin üstünlüy verilir.

Piyada keçidlərinin ətrafında elə şərait yaradılır ki, keçidə daxil olmayan uşaqlar kifayət qədər uzaq məsafədən görünsünlər. Yəni uşaqları görünməz edən yaşıllıqlar, tikililər varsa çalışırlar ki, onlar olmasın, onları idarə eləyirlər ki, görünməzlik effekti alınmasın. Yəni uzaq məsafədən görünsün ki, orda uşaqlar var, yola gəlirlər, piyada keçidi ilə keçmək istəyirlər, bu cür tədbirlər görürlər.

İşıqlandırmağa xüsusi diqqət yetirirlər. Mütləq həmin yollar, küçələr məktəb ətrafında işıqlanmalıdır. Əsas elementlər bunlardır.

​Yol-hərəkət qaydalarında xüsusi nişanlar var. "Uşaqlar" xəbərdarlıq nişanı var. Həmin xəbərdarlıq nişanı həmin məktəbin yanındakı yol hələ məktəbə çatmamış quraşdırılır. Hətta bu nişanın altına bəzən onun harada olduğu məsafəni də bildirən əlavə lövhəcik qoyurlar ki, 300 metr məsafədə, 500 metr məsafədə yolun hərəkət hissəsinə uşaqlar çıxa bilərlər. Diqqətli olmaq lazımdır. Əsas tədbirlər bunlardır.

​Təhlükəsiz sürət həddinin tətbiqi, piyada keçidlərinin daha təhlükəsiz edilməsi, daha yaxşı görünən edilməsi, sonra xəbərdarlıq nişanları və bir də ən başlıcası səkilər. Yaxşı səkilər olmalıdır ki, uşaqlar məktəbə gələrkən, məktəbdən gedərkən yolun hərəkət hissəsinə çıxmağa məcbur olmasınlar. Mütləq orada səliqəli, kəsintisiz ola bilən səkilər olmalıdır.

​Həm də yol-hərəkət təhlükəsizliyinə nəzarət olunur ki, orda xaos olmasın, daşqın, sıxlıqlanmalar hesabına xaos yaradılmasın, səkilər zəbt olunmasın və bu kimi qayda pozuntularına yol verilməsin”.

Afin Mahmudov

Xəbər Lenti

"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub24.07.2026 - 14:33
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32
Yeni yaradılan ixtisasın illik təhsil xərci müəyyənləşdi - QƏRAR24.07.2026 - 13:22
DP iştirakçıları oxumaq üçün ən çox hansı universiteti seçirlər? 24.07.2026 - 13:14
DP doktorantlarının 82 faizi Böyük Britaniyada təhsil alacaq24.07.2026 - 13:06
İmtahan nəticələri açıqlandı24.07.2026 - 12:35
LDU ilə Peşə Təhsil Mərkəzi süni intellekt üzrə birgə layihələr hazırlayacaq24.07.2026 - 12:31
Peşə təhsilində beynəlxalq uğur: Aşpaz məzunları sertifikatlarını alıb24.07.2026 - 12:22
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib24.07.2026 - 12:08
Qəbul imtahanında ölkə üzrə 11-ci oldu, nəticəni görəndə huşunu itirdi24.07.2026 - 11:54
Pakistanın nazirlik nümayəndələri BMU-da olub24.07.2026 - 11:42
Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ24.07.2026 - 11:30
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub24.07.2026 - 11:06
“Süni intellektin insan psixologiyasına həm müsbət, həm də mənfi təsiri vardır” - Psixoloq Sevinc Həbibova24.07.2026 - 11:00
Turizm və Menecment Universitetindən tələbə startaplarına dəstək24.07.2026 - 10:24
Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib24.07.2026 - 10:20
Azərbaycanlı jurnalistlər Qırğızıstandakı “Rux Ordo” Mədəniyyət Mərkəzini ziyarət ediblər24.07.2026 - 10:13
İkili diplom və beynəlxalq təhsil arzulayanlar üçün yeni fürsət24.07.2026 - 10:00
UNESCO-da Azərbaycanın SECURE modeli nümayiş olunub24.07.2026 - 09:48
Təhsil Naziri avqustda vətəndaş qəbulları keçirəcək – SİYAHI24.07.2026 - 09:42
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni təyinat24.07.2026 - 09:25
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin yeni binası belə görünəcək – FOTOLAR24.07.2026 - 09:20
Bu ölkə azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq24.07.2026 - 09:10
Həmin müəllimin məhkəmə prosesi qapalı keçiriləcək24.07.2026 - 09:05
Azərbaycanda iki müəllim dünyasını dəyişib24.07.2026 - 09:00
Sabaha olan hava proqnozu açıqlanıb24.07.2026 - 08:40
Kibertəhlükəsizlik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün vacib prinsiplər-Ekspertdən açıqlama 24.07.2026 - 08:40
Göygöldə V Milli Yaylaq Festivalına start verilib24.07.2026 - 08:35
Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib24.07.2026 - 08:30
Dövlət orqanlarına daxili müsahibə elan edilir24.07.2026 - 08:25
Azərbaycan Universitetinin yüksək bal toplayan tələbələri - ADLAR24.07.2026 - 08:20
Yüksək bal toplayan abituriyentlər ADNSU-da olublar24.07.2026 - 08:15
IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi işə başlayıb24.07.2026 - 08:09
Azərbaycan Universiteti: Təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi prioritet məsələlərdəndir24.07.2026 - 08:00
UNEC-də daha bir YENİLİK: Tələbələr bir semestr staj keçəcəklər24.07.2026 - 07:55
MİQ-dən 95 bal toplayan namizəd: "Hər gün 7-8 saat imtahana hazırlaşırdım"24.07.2026 - 07:50
Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda yarışacaq24.07.2026 - 07:36
“Kapitan və Xəzər dənizi” Sarayevo Film Festivalının müsabiqə proqramına seçilib24.07.2026 - 07:13
ADPU ali təhsil müəssisələrinin sərgisində təhsil imkanlarını təqdim edəcək24.07.2026 - 07:11