Təhsil 365 - Logo Mobile

UNESCO-da Azərbaycanın SECURE modeli nümayiş olunub

14124.07.2026 - 09:48
UNESCO-da Azərbaycanın SECURE modeli nümayiş olunub

Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub.

Bu barədə “Tehsil365”ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun 48-ci Ümumdünya İrs Komitəsinin sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə "Sustainable and Empowering Cultural Revitalization (SECURE) Model: Best Practices for Post-Conflict Cultural Recovery" mövzusunda beynəlxalq panel təşkil edilib.

Paneldə Azərbaycanın post-münaqişə dövründə mədəni irsin qorunması, bərpası və yenidən canlandırılması istiqamətində hazırladığı SECURE Modeli beynəlxalq ekspert ictimaiyyətinə təqdim olunub. Modelin UNESCO-nun ən nüfuzlu platformalarından birində ayrıca müzakirəyə çıxarılması Azərbaycanın bu sahədə formalaşdırdığı təcrübəyə beynəlxalq marağın və etimadın göstəricisidir.

Tədbirdə UNESCO-nun Ümumdünya İrs Mərkəzi, ICCROM, ICOMOS və ICESCO-nun nümayəndələri iştirak ediblər.

Paneli açan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və mədəni dirçəliş işləri barədə məlumat verərək bildirib ki, SECURE Modeli Azərbaycanın praktik təcrübəsinə əsaslanan və digər post-münaqişə ölkələri üçün də tətbiq oluna biləcək innovativ yanaşmadır.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən paneldə beynəlxalq təşkilatların nümayəndələri post-münaqişə dövründə mədəni irsin qorunması, institusional əməkdaşlıq, potensialın gücləndirilməsi və yerli icmaların prosesə cəlb olunması məsələlərini müzakirə ediblər. Çıxışlarda SECURE Modelinin beynəlxalq əməkdaşlıq üçün perspektivli platforma olduğu vurğulanıb, onun müxtəlif ölkələrdə tətbiqi və metodoloji inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi dəstəklənib.

Qeyd edək ki, SECURE Modeli ilk dəfə 2026-cı ildə Bakıda keçirilmiş XIII Ümumdünya Şəhər Forumunda təqdim olunub. UNESCO-nun Ümumdünya İrs Komitəsində modelə həsr olunmuş ayrıca panelin təşkili Azərbaycanın post-münaqişə dövründə mədəni irsin bərpası sahəsində formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə tanınmasının növbəti mühüm göstəricisidir.

Amin Cavayev

Xəbər Lenti

"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub24.07.2026 - 14:33
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32
Yeni yaradılan ixtisasın illik təhsil xərci müəyyənləşdi - QƏRAR24.07.2026 - 13:22
DP iştirakçıları oxumaq üçün ən çox hansı universiteti seçirlər? 24.07.2026 - 13:14
DP doktorantlarının 82 faizi Böyük Britaniyada təhsil alacaq24.07.2026 - 13:06
İmtahan nəticələri açıqlandı24.07.2026 - 12:35
LDU ilə Peşə Təhsil Mərkəzi süni intellekt üzrə birgə layihələr hazırlayacaq24.07.2026 - 12:31
Peşə təhsilində beynəlxalq uğur: Aşpaz məzunları sertifikatlarını alıb24.07.2026 - 12:22
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib24.07.2026 - 12:08
Qəbul imtahanında ölkə üzrə 11-ci oldu, nəticəni görəndə huşunu itirdi24.07.2026 - 11:54
Pakistanın nazirlik nümayəndələri BMU-da olub24.07.2026 - 11:42
Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ24.07.2026 - 11:30
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub24.07.2026 - 11:06
“Süni intellektin insan psixologiyasına həm müsbət, həm də mənfi təsiri vardır” - Psixoloq Sevinc Həbibova24.07.2026 - 11:00
Turizm və Menecment Universitetindən tələbə startaplarına dəstək24.07.2026 - 10:24
Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib24.07.2026 - 10:20
Azərbaycanlı jurnalistlər Qırğızıstandakı “Rux Ordo” Mədəniyyət Mərkəzini ziyarət ediblər24.07.2026 - 10:13
İkili diplom və beynəlxalq təhsil arzulayanlar üçün yeni fürsət24.07.2026 - 10:00
Təhsil Naziri avqustda vətəndaş qəbulları keçirəcək – SİYAHI24.07.2026 - 09:42
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni təyinat24.07.2026 - 09:25
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin yeni binası belə görünəcək – FOTOLAR24.07.2026 - 09:20
Bu ölkə azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq24.07.2026 - 09:10
Həmin müəllimin məhkəmə prosesi qapalı keçiriləcək24.07.2026 - 09:05
Azərbaycanda iki müəllim dünyasını dəyişib24.07.2026 - 09:00
Məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi necə təmin olunmalıdır? – Ekspert açıqladı24.07.2026 - 08:45
Sabaha olan hava proqnozu açıqlanıb24.07.2026 - 08:40
Kibertəhlükəsizlik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün vacib prinsiplər-Ekspertdən açıqlama 24.07.2026 - 08:40
Göygöldə V Milli Yaylaq Festivalına start verilib24.07.2026 - 08:35
Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib24.07.2026 - 08:30
Dövlət orqanlarına daxili müsahibə elan edilir24.07.2026 - 08:25
Azərbaycan Universitetinin yüksək bal toplayan tələbələri - ADLAR24.07.2026 - 08:20
Yüksək bal toplayan abituriyentlər ADNSU-da olublar24.07.2026 - 08:15
IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi işə başlayıb24.07.2026 - 08:09
Azərbaycan Universiteti: Təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi prioritet məsələlərdəndir24.07.2026 - 08:00
UNEC-də daha bir YENİLİK: Tələbələr bir semestr staj keçəcəklər24.07.2026 - 07:55
MİQ-dən 95 bal toplayan namizəd: "Hər gün 7-8 saat imtahana hazırlaşırdım"24.07.2026 - 07:50
Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda yarışacaq24.07.2026 - 07:36
“Kapitan və Xəzər dənizi” Sarayevo Film Festivalının müsabiqə proqramına seçilib24.07.2026 - 07:13
ADPU ali təhsil müəssisələrinin sərgisində təhsil imkanlarını təqdim edəcək24.07.2026 - 07:11