Təhsil 365 - Logo Mobile

İkili diplom və beynəlxalq təhsil arzulayanlar üçün yeni fürsət

13424.07.2026 - 10:00
İkili diplom və beynəlxalq təhsil arzulayanlar üçün yeni fürsət

2026-2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində (BMU) fəaliyyət göstərəcək PKTU-BMU Mühəndislik fakültəsinə ilk dəfə tələbə qəbulu həyata keçirilir.

“Tehsil365” xəbər verir ki, BMU ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiyaları Universitetinin (PKTU) birgə təsis etdiyi fakültə abituriyentlərə beynəlxalq standartlara uyğun mühəndislik təhsili və ikili diplom proqramında iştirak imkanı təqdim edəcək.

Fakültədə kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə təhsil veriləcək. Tədris proqramları beynəlxalq mühəndislik təhsili standartlarına uyğun hazırlanıb və tələbələrin müasir elmi biliklərə, peşə kompetensiyalarına, həmçinin beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək üçün zəruri bacarıqlar qazanmalarına imkan yaradacaq.

2026-cı il üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi (kodlaşdırma) mərhələsində PKTU-BMU Mühəndislik fakültəsində tədris ediləcək ixtisasları seçərək bu proqrama qəbul ola bilərlər.

İkili diplom proqramı 3+1 modeli əsasında həyata keçiriləcək. Bu modelə uyğun olaraq, tələbələr təhsilin ilk üç ilini BMU-da, sonuncu ilini isə PKTU-da davam etdirəcəklər. Proqramın tələblərini uğurla yerinə yetirən məzunlara həm BMU-nun, həm də PKTU-nun diplomu təqdim olunacaq.

Tədris prosesi hər iki universitetin yüksək ixtisaslı professor-müəllim heyətinin iştirakı ilə təşkil ediləcək. Bu əməkdaşlıq tələbələrə beynəlxalq təcrübədən faydalanmaq, müasir tədris metodları ilə tanış olmaq və müxtəlif akademik yanaşmaları mənimsəmək imkanı verəcək.

Fakültə çərçivəsində tələbələrin beynəlxalq elmi-tədqiqat layihələrinə cəlb olunması, akademik mobillik proqramlarında iştirakı, eləcə də innovasiya, qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişafı dəstəklənəcək. Bununla yanaşı, elmi-tədqiqat, innovasiya və texnologiya transferi istiqamətlərində universitetlərarası əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Beynəlxalq səviyyədə tanınan mühəndislik təhsili almaq, ikili diplom əldə etmək və qlobal karyera imkanlarından yararlanmaq istəyən abituriyentlər üçün PKTU-BMU Mühəndislik fakültəsi yeni və perspektivli seçimdir. İxtisas seçimi zamanı PKTU-BMU Mühəndislik fakültəsini seçərək beynəlxalq akademik mühitdə təhsil almaq və gələcəyinizə möhkəm təməl yaratmaq imkanını dəyərləndirin.

Fakültə ilə bağlı hər hansı sualınız yaranarsa, aşağıdakı əlaqə vasitələri ilə  əlaqə saxlaya bilərsiniz:

Mobil: +994 50 454 34 84
Telefon: +994 12 349 99 66 (daxili: 1341)

Amin Cavayev

Xəbər Lenti

"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub24.07.2026 - 14:33
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32
Yeni yaradılan ixtisasın illik təhsil xərci müəyyənləşdi - QƏRAR24.07.2026 - 13:22
DP iştirakçıları oxumaq üçün ən çox hansı universiteti seçirlər? 24.07.2026 - 13:14
DP doktorantlarının 82 faizi Böyük Britaniyada təhsil alacaq24.07.2026 - 13:06
İmtahan nəticələri açıqlandı24.07.2026 - 12:35
LDU ilə Peşə Təhsil Mərkəzi süni intellekt üzrə birgə layihələr hazırlayacaq24.07.2026 - 12:31
Peşə təhsilində beynəlxalq uğur: Aşpaz məzunları sertifikatlarını alıb24.07.2026 - 12:22
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib24.07.2026 - 12:08
Qəbul imtahanında ölkə üzrə 11-ci oldu, nəticəni görəndə huşunu itirdi24.07.2026 - 11:54
Pakistanın nazirlik nümayəndələri BMU-da olub24.07.2026 - 11:42
Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ24.07.2026 - 11:30
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub24.07.2026 - 11:06
“Süni intellektin insan psixologiyasına həm müsbət, həm də mənfi təsiri vardır” - Psixoloq Sevinc Həbibova24.07.2026 - 11:00
Turizm və Menecment Universitetindən tələbə startaplarına dəstək24.07.2026 - 10:24
Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib24.07.2026 - 10:20
Azərbaycanlı jurnalistlər Qırğızıstandakı “Rux Ordo” Mədəniyyət Mərkəzini ziyarət ediblər24.07.2026 - 10:13
UNESCO-da Azərbaycanın SECURE modeli nümayiş olunub24.07.2026 - 09:48
Təhsil Naziri avqustda vətəndaş qəbulları keçirəcək – SİYAHI24.07.2026 - 09:42
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni təyinat24.07.2026 - 09:25
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin yeni binası belə görünəcək – FOTOLAR24.07.2026 - 09:20
Bu ölkə azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq24.07.2026 - 09:10
Həmin müəllimin məhkəmə prosesi qapalı keçiriləcək24.07.2026 - 09:05
Azərbaycanda iki müəllim dünyasını dəyişib24.07.2026 - 09:00
Məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi necə təmin olunmalıdır? – Ekspert açıqladı24.07.2026 - 08:45
Kibertəhlükəsizlik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün vacib prinsiplər-Ekspertdən açıqlama 24.07.2026 - 08:40
Sabaha olan hava proqnozu açıqlanıb24.07.2026 - 08:40
Göygöldə V Milli Yaylaq Festivalına start verilib24.07.2026 - 08:35
Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib24.07.2026 - 08:30
Dövlət orqanlarına daxili müsahibə elan edilir24.07.2026 - 08:25
Azərbaycan Universitetinin yüksək bal toplayan tələbələri - ADLAR24.07.2026 - 08:20
Yüksək bal toplayan abituriyentlər ADNSU-da olublar24.07.2026 - 08:15
IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi işə başlayıb24.07.2026 - 08:09
Azərbaycan Universiteti: Təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi prioritet məsələlərdəndir24.07.2026 - 08:00
UNEC-də daha bir YENİLİK: Tələbələr bir semestr staj keçəcəklər24.07.2026 - 07:55
MİQ-dən 95 bal toplayan namizəd: "Hər gün 7-8 saat imtahana hazırlaşırdım"24.07.2026 - 07:50
Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda yarışacaq24.07.2026 - 07:36
“Kapitan və Xəzər dənizi” Sarayevo Film Festivalının müsabiqə proqramına seçilib24.07.2026 - 07:13
ADPU ali təhsil müəssisələrinin sərgisində təhsil imkanlarını təqdim edəcək24.07.2026 - 07:11