“Süni intellektin müsbət təsiri odur ki, insanlar tez bir zamanda istədiyi məlumatı əldə edə bilirlər. Hər hansı informasiyanı sürətli formada öyrənməyi, problemlərin həllini asanlaşdıra bilirlər”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında psixoloq Sevinc Həbibova bildirib.
Psixoloq bildirib ki, süni intellektdən hər bir peşədə istifadə olunur.
“Süni intellektin artıq təhsildə, tibbdə, elmdə və başqa sahələrdə də böyük faydaları vardır. Hər dəfə qeyd etdiyim kimi, süni intellektlə yanaşı, sosial şəbəkələrin də həm müsbət, həm mənfi tərəfləri vardır. Müsbət tərəfi hər hansı xəbər portalına anında çata bilirik. Mənfi tərəfi isə insanlarda intihar halları, xoşagəlməyən mənzərələri adiləşdirməkdir”.
Onun sözlərinə görə, artıq süni intellektlə insanlar arasında bir bağ yaranıb.
“Süni intellektlə insanlar arasında bir bağ yaranır. Artıq insanlar demək olar ki, hər gün süni intellektdən asılı vəziyyətdə qalırlar. Bəzi peşələrə ehtiyac azalır. Hər hansı bir insan öz bacarıqlarını nümayiş etdirə bilər, lakin süni intellekt onu zəiflədir.
Psixoloq psixoloji cəhətdən süni intellektdən asılılıq yaranmasının səbəblərini də vurğulayıb.
“Süni intellektdən psixoloji cəhətdən asılılıq yaranmasının səbəbi insanların özlərini işə vermək istəməməsi, rahat, hər şeyin əllərinin altında olmalarıdır. Artıq zaman keçdikcə insanlar arasında ünsiyyət azalır, insanlar daha çox süni intellektlə ünsiyyət qururlar”.

