Təhsil 365 - Logo Mobile

Pakistanın nazirlik nümayəndələri BMU-da olub

14524.07.2026 - 11:42
Pakistanın nazirlik nümayəndələri BMU-da olub

Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

“Tehsil365” xəbər verir ki, qonaqları salamlayan BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan ilə Pakistan arasında formalaşmış qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratdığına diqqət çəkib.

Rektor BMU-nun fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq strategiyası və akademik potensialı haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə uyğun olaraq innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksəkixtisaslı kadrların hazırlanması universitetin prioritet istiqamətlərindəndir. Bu məqsədlə son illərdə informasiya texnologiyaları üzrə ixtisasların müasir dövrün tələblərinə uyğun tədrisinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, kompüter laboratoriyalarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib. Eyni zamanda, informasiya texnologiyaları universitetin əsas baza təhsil istiqamətlərindən birinə çevrilib və bu sahədə kadr hazırlığının daha səmərəli təşkili məqsədilə İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb. Bu il fəaliyyətinin 10 ili tamam olacaq BMU-nun QS reytinqlərində əldə etdiyi nailiyyətləri və ölkə üzrə öncül mövqeyini diqqətə çatdıran rektor universitetdə innovativ tədris metodlarının tətbiqi, elmi tədqiqatların inkişafı, beynəlxalq layihələrdə iştirak və tələbələrin qlobal akademik mühitə inteqrasiyası istiqamətində görülən işlərdən, Çin və Koreyanın aparıcı universitetləri ilə birgə həyata keçirilən ikili diplom proqramlarından danışıb.

Yaqub Piriyev Pakistanın ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edərək tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və ikili diplom proqramları üzrə tərəfdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Hazırda BMU - da 40 ölkədən əcnəbi tələbənin təhsil aldığını və onların arasında pakistanlı tələbələrin say baxımından üstünlük təşkil etdiyini deyən rektor bunun Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.

Daha sonra Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin tabeliyindəki Təhsil Fondunun baş texniki direktoru Mazhar Amir və fondun katibi Murad Shuaib Khan çıxış edərək Fondun istedadlı və sosial həssas təbəqədən olan gənclərin təhsil imkanlarının genişləndirilməsi, onların işlə təminatı, təqaüd proqramlarının icrası və insan kapitalının inkişafına yönəlmiş fəaliyyəti barədə məlumat veriblər. Pakistan nümayəndə heyəti BMU-nun müasir tədris və elmi-tədqiqat infrastrukturu, beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi fəaliyyət, xüsusilə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadr hazırlığı sahəsində qazandığı nailiyyətləri müsbət qiymətləndirib. Qonaqlar Pakistan universitetləri ilə BMU arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək gələcəkdə ortaq elmi layihələrin həyata keçirilməsi və akademik əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər elmi tədqiqat, tələbə mübadiləsi, süni intellekt, innovasiya və rəqəmsal transformasiya istiqamətlərində əməkdaşlıq perspektivlərini müzakirə edərək, bu sahələrdə qarşılıqlı fəaliyyətin hər iki ölkənin təhsil sisteminin inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Həmçinin, Pakistan universitetləri ilə əməkdaşlıq memorandumlarının imzalanması və BMU-da təhsil alan pakistanlı tələbələrin həyata keçiriləcək proqramlarda iştirakı məsələləri də nəzərdən keçirilib.

Ləman Rəhimli

Xəbər Lenti

"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub24.07.2026 - 14:33
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32
Yeni yaradılan ixtisasın illik təhsil xərci müəyyənləşdi - QƏRAR24.07.2026 - 13:22
DP iştirakçıları oxumaq üçün ən çox hansı universiteti seçirlər? 24.07.2026 - 13:14
DP doktorantlarının 82 faizi Böyük Britaniyada təhsil alacaq24.07.2026 - 13:06
İmtahan nəticələri açıqlandı24.07.2026 - 12:35
LDU ilə Peşə Təhsil Mərkəzi süni intellekt üzrə birgə layihələr hazırlayacaq24.07.2026 - 12:31
Peşə təhsilində beynəlxalq uğur: Aşpaz məzunları sertifikatlarını alıb24.07.2026 - 12:22
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib24.07.2026 - 12:08
Qəbul imtahanında ölkə üzrə 11-ci oldu, nəticəni görəndə huşunu itirdi24.07.2026 - 11:54
Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ24.07.2026 - 11:30
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub24.07.2026 - 11:06
“Süni intellektin insan psixologiyasına həm müsbət, həm də mənfi təsiri vardır” - Psixoloq Sevinc Həbibova24.07.2026 - 11:00
Turizm və Menecment Universitetindən tələbə startaplarına dəstək24.07.2026 - 10:24
Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib24.07.2026 - 10:20
Azərbaycanlı jurnalistlər Qırğızıstandakı “Rux Ordo” Mədəniyyət Mərkəzini ziyarət ediblər24.07.2026 - 10:13
İkili diplom və beynəlxalq təhsil arzulayanlar üçün yeni fürsət24.07.2026 - 10:00
UNESCO-da Azərbaycanın SECURE modeli nümayiş olunub24.07.2026 - 09:48
Təhsil Naziri avqustda vətəndaş qəbulları keçirəcək – SİYAHI24.07.2026 - 09:42
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni təyinat24.07.2026 - 09:25
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin yeni binası belə görünəcək – FOTOLAR24.07.2026 - 09:20
Bu ölkə azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq24.07.2026 - 09:10
Həmin müəllimin məhkəmə prosesi qapalı keçiriləcək24.07.2026 - 09:05
Azərbaycanda iki müəllim dünyasını dəyişib24.07.2026 - 09:00
Məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi necə təmin olunmalıdır? – Ekspert açıqladı24.07.2026 - 08:45
Sabaha olan hava proqnozu açıqlanıb24.07.2026 - 08:40
Kibertəhlükəsizlik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün vacib prinsiplər-Ekspertdən açıqlama 24.07.2026 - 08:40
Göygöldə V Milli Yaylaq Festivalına start verilib24.07.2026 - 08:35
Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib24.07.2026 - 08:30
Dövlət orqanlarına daxili müsahibə elan edilir24.07.2026 - 08:25
Azərbaycan Universitetinin yüksək bal toplayan tələbələri - ADLAR24.07.2026 - 08:20
Yüksək bal toplayan abituriyentlər ADNSU-da olublar24.07.2026 - 08:15
IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi işə başlayıb24.07.2026 - 08:09
Azərbaycan Universiteti: Təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi prioritet məsələlərdəndir24.07.2026 - 08:00
UNEC-də daha bir YENİLİK: Tələbələr bir semestr staj keçəcəklər24.07.2026 - 07:55
MİQ-dən 95 bal toplayan namizəd: "Hər gün 7-8 saat imtahana hazırlaşırdım"24.07.2026 - 07:50
Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda yarışacaq24.07.2026 - 07:36
“Kapitan və Xəzər dənizi” Sarayevo Film Festivalının müsabiqə proqramına seçilib24.07.2026 - 07:13
ADPU ali təhsil müəssisələrinin sərgisində təhsil imkanlarını təqdim edəcək24.07.2026 - 07:11