Qarabağ Universitetinə qəbul olmağı planlaşdıran abituriyentlər və onların valideynləri 27 iyul - 7 avqust 2026-cı il tarixlərində, saat 14:00-dan 17:00-dək keçiriləcək Açıq Qapı Günlərinə dəvət olunur. Açıq Qapı Günləri bazar günləri istisna olmaqla hər gün keçiriləcək.
“Tehsil365” xəbər verir ki, Açıq Qapı Günləri çərçivəsində ziyarətçilər universitetin infrastrukturu və tələbə şəhərciyi ilə yaxından tanış olmaq, akademik heyətlə görüşmək, tədris proqramları və ixtisaslar barədə ətraflı məlumat əldə etmək, həmçinin qəbul prosesi ilə bağlı suallarını ünvanlandırmaq imkanı əldə edəcəklər.
Səfərin əvvəlcədən planlaşdırılması və ziyarətin səmərəli təşkili məqsədilə iştirak etmək istəyən şəxslərdən QR kodu oxudaraq müvafiq qeydiyyat formasını doldurmaları xahiş olunur.
Sizi Qarabağ Universitetində gözləyirik!

