Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2026-2027-ci tədris ili üzrə bakalavr proqramlarına qəbul imtahanında iştirak üçün qeydiyyat prosesi yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, qeydiyyatın nəticələrinə əsasən, builki qəbul imtahanında iştirak etmək üçün rekord sayda - ümumilikdə 914 abituriyent qeydiyyatdan keçib. Onlardan 540-ı oğlan, 374-ü isə qızdır.
İmtahanda iştirak edəcək namizədlərin 715-i Azərbaycan, 199-u isə rus bölməsi üzrə qeydiyyatdan keçib.
Qeyd edək ki, UFAZ-ın 11-ci bakalavr qəbul imtahanı 28 iyul saat 10:00-da universitetin əsas tədris binasında keçiriləcək.

