Təhsil 365 - Logo Mobile

Poliqlot ADU müəlliminin məqaləsi nüfuzlu beynəlxalq elmi nəşrdə dərc olunub

13225.07.2026 - 04:58
Poliqlot ADU müəlliminin məqaləsi nüfuzlu beynəlxalq elmi nəşrdə dərc olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimi Gülgün Novruzova Böyük Britaniyanın paytaxtı Londonda keçirilən VI International British Congress on Interdisciplinary Scientific Research & Practices beynəlxalq elmi konfransında uğurla çıxış edib.

ADU-dan “Tehsil365” ə bildirilib ki, alimin "Innovative Teaching Strategies in Contemporary English Language Classrooms" ("Müasir ingilis dili dərslərində innovativ təlim strategiyaları") adlı elmi məqaləsi isə British Congress Publications tərəfindən nəşr olunan "Proceedings of the VI International British Congress on Interdisciplinary Scientific Research & Practices" adlı nüfuzlu beynəlxalq elmi nəşrdə dərc olunub.

Məqalədə müasir ingilis dili tədrisində tətbiq olunan innovativ pedaqoji strategiyalar, tələbəyönümlü təlim yanaşmaları və rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyasının öyrənmənin keyfiyyətinə təsiri elmi baxımdan təhlil edilir. Tədqiqatda kommunikativ təlim, layihəəsaslı öyrənmə, əməkdaşlığa əsaslanan fəaliyyətlər və interaktiv tədris metodlarının öyrənənlərin dil bacarıqlarının inkişafına, motivasiyasının yüksəlməsinə və dərs prosesində fəal iştirakının təmin edilməsinə verdiyi töhfələr əsaslandırılır. Eyni zamanda, innovativ tədris strategiyalarının tələbələrdə tənqidi düşünmə, yaradıcılıq, əməkdaşlıq və problem həll etmə bacarıqlarının formalaşmasına müsbət təsiri diqqətə çatdırılır.

Qeyd edək ki, "Proceedings of the VI International British Congress on Interdisciplinary Scientific Research & Practices" dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçıların aktual elmi araşdırmalarını özündə birləşdirən, beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla izlənilən nüfuzlu akademik nəşrlərdən biridir. Gülgün Novruzovanın beynəlxalq konfransda məruzə ilə çıxış etməsi və elmi məqaləsinin bu beynəlxalq elmi nəşrdə yer alması Azərbaycan Dillər Universitetində aparılan elmi tədqiqatların beynəlxalq akademik mühitdə uğurla təmsil olunmasının və universitet alimlərinin elmi potensialının yüksək səviyyədə qiymətləndirilməsinin növbəti göstəricisidir.

Gülgün Novruzovanı bu münasibətilə təbrik edir, ona gələcək elmi-pedaqoji fəaliyyətində yeni nailiyyətlər və beynəlxalq uğurlar arzulayırıq.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://97008cc4-236b-4e1f-bd0f-787c4bf21a87.filesusr.com/ugd/614b1f_06fdb014d7744889864a4987abffe6ff.pdf

Nuray Babayeva

Xəbər Lenti

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir-FOTOLAR25.07.2026 - 07:50
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunub25.07.2026 - 07:45
İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ25.07.2026 - 07:30
11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI25.07.2026 - 07:20
Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat alıb25.07.2026 - 07:10
“Made in Azerbaijan”: ixrac bağlarından ilk aqroparka – MEDİATUR-FOTOLAR25.07.2026 - 06:50
11 yaşlı şahmatçı dünya rekordu qırdı25.07.2026 - 06:25
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb25.07.2026 - 06:20
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb-FOTOLAR25.07.2026 - 06:15
TC altqrupunda keçid balları belə dəyişib - Ən çox artım bu ixtisaslardadır25.07.2026 - 06:10
Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB25.07.2026 - 06:09
Bu gün 39 dərəcə isti olacaq25.07.2026 - 06:00
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər25.07.2026 - 05:57
SOCAR Polymer-ə səfər25.07.2026 - 05:48
ATMU-da “Hilton Garden Inn Baku” ilə əməkdaşlıq imkanları müzakirə olunub25.07.2026 - 05:39
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb25.07.2026 - 05:27
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR25.07.2026 - 05:19
Süni intellekt köhnə peşələri sıradan çıxarır: Gələcəyin ixtisasları hansılardır? - VİDEO25.07.2026 - 05:11
ADU müəllimi beynəlxalq konqresdə elmi məruzə ilə çıxış edib25.07.2026 - 05:06
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib25.07.2026 - 04:41
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib25.07.2026 - 04:36
Pakistanın Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndələri BMU-da olub25.07.2026 - 04:28
Rektor II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirib25.07.2026 - 04:15
ADNSU-nun 4 məzunu VI “Yüksəliş” müsabiqəsinin qalibi olub25.07.2026 - 04:03
“Valideyn övladının əvəzinə qərar verməməli, ona yol göstərməlidir” - Psixoloq Orxan Şəfizadə24.07.2026 - 17:59
"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub24.07.2026 - 14:33
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32
Yeni yaradılan ixtisasın illik təhsil xərci müəyyənləşdi - QƏRAR24.07.2026 - 13:22
DP iştirakçıları oxumaq üçün ən çox hansı universiteti seçirlər? 24.07.2026 - 13:14
DP doktorantlarının 82 faizi Böyük Britaniyada təhsil alacaq24.07.2026 - 13:06
İmtahan nəticələri açıqlandı24.07.2026 - 12:35
LDU ilə Peşə Təhsil Mərkəzi süni intellekt üzrə birgə layihələr hazırlayacaq24.07.2026 - 12:31
Peşə təhsilində beynəlxalq uğur: Aşpaz məzunları sertifikatlarını alıb24.07.2026 - 12:22
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib24.07.2026 - 12:08
Qəbul imtahanında ölkə üzrə 11-ci oldu, nəticəni görəndə huşunu itirdi24.07.2026 - 11:54
Pakistanın nazirlik nümayəndələri BMU-da olub24.07.2026 - 11:42
Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ24.07.2026 - 11:30
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub24.07.2026 - 11:06
“Süni intellektin insan psixologiyasına həm müsbət, həm də mənfi təsiri vardır” - Psixoloq Sevinc Həbibova24.07.2026 - 11:00