Təhsil 365 - Logo Mobile

Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər

14125.07.2026 - 05:57
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin övladları üçün "Zəfər" Yay Düşərgəsi təşkil olunub.

Xəzər-dən “Tehsil365” ə bildirilib ki, düşərgə Diasporla İş üzrə Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alan, yüksək akademik göstəriciləri ilə seçilən 10 şəhid övladının qatıldığı düşərgənin məqsədi iştirakçıların ABŞ-nin dövlət idarəçiliyi sistemi, ali təhsil, STEM və innovasiya, hüquq, tarix və mədəniyyət sahələri ilə yaxından tanış olmalarını təmin etmək, onların beynəlxalq bilik və təcrübələrini zənginləşdirməkdir.

Düşərgə çərçivəsində ABŞ Konqresi, Konqres Kitabxanası, ABŞ Ali Məhkəməsi, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Corctaun Universitetinə, eləcə də müxtəlif muzey və mədəniyyət müəssisələrinə səfərlər, ekspert təqdimatları, maarifləndirici görüşlər, mədəni proqramlar, tarixi-mədəni abidələrə ekskursiyalar təşkil olunub.

Proqramın ilk günü İndiana Universitetinin iqtisadiyyat üzrə doktorantı Xətai Alıyevin təqdimatında "Amerikada təhsil imkanları" mövzusunda təlim keçirilib. Təlimdə ABŞ-də ali təhsil sistemi, qəbul prosesi, təqaüd proqramları və beynəlxalq tələbələr üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

İştirakçılar, həmçinin,  Ağ Evin tarixi və ABŞ prezidentlik institutu haqqında interaktiv ekspozisiyaların sərgiləndiyi "The People"s House: A White House Experience" muzeyində olublar. Daha sonra Renvik Qalereyasında ABŞ-nin 250 illiyinə həsr olunan "State Fairs Tour: Growing American Craft" sərgisinə baş çəkib, Amerika sənətkarlığının inkişaf tarixini əks etdirən eksponatları izləyiblər. Onlar həmçinin, Lafayette Meydanı və Ağ Evin ətrafında gəzərək, Vaşinqtonun tarixi-mədəni mühitini yaxından müşahidə ediblər.

Amerika Tarixi Milli Muzeyinə təşkil olunan səfərdə "Prezidentlər pavilyonu", "Birinci xanımlar" pavilyonu, Corc Vaşinqtonun heykəli, ABŞ Dövlət Himninə ilham vermiş tarixi bayraq və ölkənin 250 illiyinə həsr olunan "Həyat, azadlıq və xoşbəxtlik axtarışında" sərgisi iştirakçıların marağına səbəb olub.

Proqram çərçivəsində Milli İncəsənət Qalereyasında "Amerika İncəsənətinin Tərənnümü" ("Celebrating American Art"), "Əziz Amerika" ("Dear America") və "Amerika Simvolu: ABŞ Bayrağı İncəsənətdə" ("The American Flag in Art") sərgiləri də ziyarət olunub. Burada iştirakçılar Amerika təsviri incəsənətinin müxtəlif dövrlərini əks etdirən sənət nümunələrini izləyiblər.

Şəhid övladları Virciniya ştatının Aleksandriya şəhərində yerləşən "Torpedo Factory Art Center"də fəaliyyət göstərən rəssam emalatxanalarına baş çəkiblər. Onlar əslən Təbrizdən olan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin emalatxanasında yaradıcılıq prosesini yaxından izləyib, sənətkarla fikir mübadiləsi aparıblar. Daha sonra Aleksandriya şəhərinin tarixi küçələri və memarlıq irsi ilə tanışlıq imkanı əldə ediblər.

Qeyd edək ki, "Zəfər" Yay Düşərgəsi cari ilin iyulun 16-da başlayıb və iyulun 26-na qədər davam edəcək.

Nuray Babayeva

Xəbər Lenti

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir-FOTOLAR25.07.2026 - 07:50
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunub25.07.2026 - 07:45
İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ25.07.2026 - 07:30
11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI25.07.2026 - 07:20
Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat alıb25.07.2026 - 07:10
“Made in Azerbaijan”: ixrac bağlarından ilk aqroparka – MEDİATUR-FOTOLAR25.07.2026 - 06:50
11 yaşlı şahmatçı dünya rekordu qırdı25.07.2026 - 06:25
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb25.07.2026 - 06:20
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb-FOTOLAR25.07.2026 - 06:15
TC altqrupunda keçid balları belə dəyişib - Ən çox artım bu ixtisaslardadır25.07.2026 - 06:10
Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB25.07.2026 - 06:09
Bu gün 39 dərəcə isti olacaq25.07.2026 - 06:00
SOCAR Polymer-ə səfər25.07.2026 - 05:48
ATMU-da “Hilton Garden Inn Baku” ilə əməkdaşlıq imkanları müzakirə olunub25.07.2026 - 05:39
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb25.07.2026 - 05:27
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR25.07.2026 - 05:19
Süni intellekt köhnə peşələri sıradan çıxarır: Gələcəyin ixtisasları hansılardır? - VİDEO25.07.2026 - 05:11
ADU müəllimi beynəlxalq konqresdə elmi məruzə ilə çıxış edib25.07.2026 - 05:06
Poliqlot ADU müəlliminin məqaləsi nüfuzlu beynəlxalq elmi nəşrdə dərc olunub25.07.2026 - 04:58
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib25.07.2026 - 04:41
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib25.07.2026 - 04:36
Pakistanın Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndələri BMU-da olub25.07.2026 - 04:28
Rektor II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirib25.07.2026 - 04:15
ADNSU-nun 4 məzunu VI “Yüksəliş” müsabiqəsinin qalibi olub25.07.2026 - 04:03
“Valideyn övladının əvəzinə qərar verməməli, ona yol göstərməlidir” - Psixoloq Orxan Şəfizadə24.07.2026 - 17:59
"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub24.07.2026 - 14:33
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32
Yeni yaradılan ixtisasın illik təhsil xərci müəyyənləşdi - QƏRAR24.07.2026 - 13:22
DP iştirakçıları oxumaq üçün ən çox hansı universiteti seçirlər? 24.07.2026 - 13:14
DP doktorantlarının 82 faizi Böyük Britaniyada təhsil alacaq24.07.2026 - 13:06
İmtahan nəticələri açıqlandı24.07.2026 - 12:35
LDU ilə Peşə Təhsil Mərkəzi süni intellekt üzrə birgə layihələr hazırlayacaq24.07.2026 - 12:31
Peşə təhsilində beynəlxalq uğur: Aşpaz məzunları sertifikatlarını alıb24.07.2026 - 12:22
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib24.07.2026 - 12:08
Qəbul imtahanında ölkə üzrə 11-ci oldu, nəticəni görəndə huşunu itirdi24.07.2026 - 11:54
Pakistanın nazirlik nümayəndələri BMU-da olub24.07.2026 - 11:42
Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ24.07.2026 - 11:30
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub24.07.2026 - 11:06
“Süni intellektin insan psixologiyasına həm müsbət, həm də mənfi təsiri vardır” - Psixoloq Sevinc Həbibova24.07.2026 - 11:00