Təhsil 365 - Logo Mobile

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

13125.07.2026 - 06:20
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

VI “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin işçi qrupundan “Tehsil365”ə bildirilib ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də ekspertlər, qaliblər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən qonaqlar qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, “Yüksəliş” müsabiqəsi ötən müddət ərzində ölkədə müasir idarəçilik mədəniyyətinin təşviqinə, yüksək potensiala malik rəhbər şəxslərin müəyyənləşdirilməsinə və yeni nəsil idarəçilərin yetişdirilməsinə xidmət edən strateji platformaya çevrilib.

Vurğulanıb ki, müsabiqə iştirakçılara praktiki təcrübə qazanmaq, real idarəetmə situasiyalarında öz potensiallarını nümayiş etdirmək, peşəkarlarla təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanları formalaşdırmaq üçün geniş platforma təqdim edir.

Qeyd olunub ki, müsabiqənin yaradılması Prezident İlham Əliyevin insan kapitalının inkişafına, perspektivli idarəçilərin üzə çıxarılmasına, onların dəstəklənməsinə və ölkənin peşəkar kadr ehtiyatının formalaşdırılmasına verdiyi xüsusi önəmin təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətində müasir biliklərə, innovativ düşüncəyə və yüksək idarəçilik bacarıqlarına malik kadrların yetişdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. “Yüksəliş” müsabiqəsi də bu strateji yanaşmanın mühüm tərkib hissəsi olmaqla, ölkənin gələcək inkişafında fəal iştirak edə biləcək yeni nəsil idarəçilərin formalaşmasına xidmət edir.

Tədbir zamanı VI “Yüksəliş” müsabiqəsinin keçdiyi mərhələlər və əldə olunan nəticələr barədə məlumat verilib, müsabiqə prosesini əks etdirən videoçarx nümayiş olunub.

Mərasimin sonunda VI “Yüksəliş” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı ölkə başçısı tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Afin Mahmudov

Xəbər Lenti

Xəzər Universitetində yeni ixtisas25.07.2026 - 14:34
631,3 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 14:21
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində tələbə qəbulu ilə bağlı ödənişsiz dəstək göstərilir25.07.2026 - 14:09
630,9 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 13:59
634,3 bal toplayan abituriyent Qarabağ Universitetini seçdi25.07.2026 - 13:52
BANM tələbələri Polşada beynəlxalq Yay Məktəbində iştirak ediblər - FOTOLAR25.07.2026 - 13:41
Bu universitet bağlanır? - Tələbələr narahatdır25.07.2026 - 13:32
Mərakeşdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə 25.07.2026 - 13:20
UNEC məzunu Dövlət Proqramının qalibi olub25.07.2026 - 13:04
“Rəqəmsal dövrdə sosial əlaqələrin artmasına baxmayaraq, emosional yaxınlıq hissi zəifləyir." - Psixoloq Mirsadiq Muxtarov 25.07.2026 - 11:59
Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarında 2-ci yeri tutub25.07.2026 - 09:24
Mehmet Nuri Ersoy: Aspendosda antik dövrə aid mühüm arxeoloji tapıntılar aşkar edilib25.07.2026 - 09:21
Azərbaycan jurnalistlərinin Qırğızıstana mediaturu qala-konsertlə yekunlaşıb25.07.2026 - 09:16
Sabahın havası: Tempuratur 41 dərəcəyə çatacaq25.07.2026 - 09:08
Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir-FOTOLAR25.07.2026 - 07:50
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunub25.07.2026 - 07:45
İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ25.07.2026 - 07:30
11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI25.07.2026 - 07:20
Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat alıb25.07.2026 - 07:10
11 yaşlı şahmatçı dünya rekordu qırdı25.07.2026 - 06:25
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb-FOTOLAR25.07.2026 - 06:15
TC altqrupunda keçid balları belə dəyişib - Ən çox artım bu ixtisaslardadır25.07.2026 - 06:10
Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB25.07.2026 - 06:09
Bu gün 39 dərəcə isti olacaq25.07.2026 - 06:00
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər25.07.2026 - 05:57
SOCAR Polymer-ə səfər25.07.2026 - 05:48
ATMU-da “Hilton Garden Inn Baku” ilə əməkdaşlıq imkanları müzakirə olunub25.07.2026 - 05:39
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb25.07.2026 - 05:27
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR25.07.2026 - 05:19
Süni intellekt köhnə peşələri sıradan çıxarır: Gələcəyin ixtisasları hansılardır? - VİDEO25.07.2026 - 05:11
ADU müəllimi beynəlxalq konqresdə elmi məruzə ilə çıxış edib25.07.2026 - 05:06
Poliqlot ADU müəlliminin məqaləsi nüfuzlu beynəlxalq elmi nəşrdə dərc olunub25.07.2026 - 04:58
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib25.07.2026 - 04:41
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib25.07.2026 - 04:36
Pakistanın Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndələri BMU-da olub25.07.2026 - 04:28
Rektor II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirib25.07.2026 - 04:15
ADNSU-nun 4 məzunu VI “Yüksəliş” müsabiqəsinin qalibi olub25.07.2026 - 04:03
“Valideyn övladının əvəzinə qərar verməməli, ona yol göstərməlidir” - Psixoloq Orxan Şəfizadə24.07.2026 - 17:59
"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32