İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.
“Tehsil365” Azertaca istinadən xəbər verir ki, bir həftə Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaq.
Ümumilikdə dünya çempionatında görüşləri 68 hakim idarə edəcək.

