Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramına qəbul elan edir.
“Tehsil365” xəbər verir ki, proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində həyata keçirilir.
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan vətəndaşlarına Mərakeşin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı təqdim olunur.
Təqaüd proqramına müraciət üçün son tarix 6 avqust 2026-cı ildir.
Müraciət şərtləri və tələb olunan sənədlər barədə ətraflı məlumat üçün keçid: //htp.edu.az/uploads/fileuploads/2026/07/a6a87ee0c65e4a5e8361e74a2b0976f8.pdf

