Təhsil 365 - Logo Mobile

Azərbaycan jurnalistlərinin Qırğızıstana mediaturu qala-konsertlə yekunlaşıb

13825.07.2026 - 09:16
Azərbaycan jurnalistlərinin Qırğızıstana mediaturu qala-konsertlə yekunlaşıb

Azərbaycan media nümayəndələri üçün təşkil olunmuş zəngin mediatur proqramı qala-konsert ilə başa çatıb.

“Tehsil365” xəbər verir ki, qonaqları salamlayan Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Salkin Sarnoqoyeva deyib: “Əminəm ki, sizin səfəriniz məlumat mübadiləsi aparmaqla yanaşı, gələcəkdə birgə media layihələrini həyata keçirilməsi və müştərək media resurslarının yaradılması üçün faydalı olacaq. Biz açıq və şəffafıq, Azərbaycan mediası ilə əməkdaşlığı davam etdirmək istəyirik. İnanıram ki, mediaturların təşkili ənənəsi davam edəcək. Jurnalistlər üçün bu cür səfərlər artıq xoş ənənəyə çevrilib. Bu təşəbbüs əvvəllər Özbəkistan və Tacikistanı əhatə edirdi və indi Azərbaycan media nümayəndələrinin səfəri ilə davam edir”.

Qırğızıstan Prezident Administrasiyasının İnformasiya xidmətinin eksperti Azamat Kuramayev isə ölkələrimiz arasında sıx əlaqələri vurğulayıb: “Biz sadəcə dost və həmkar deyilik, həm də qardaş və bacıyıq. Bu, çox mühümdür. İnanıram ki, əməkdaşlığımız davam edəcək və dərinləşəcək. Ümidvaram ki, bu günləri hərarətlə xatırlayacaqsınız və Qırğızıstanın incisi yaddaşınızda qalacaq”.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin baş məsləhətçisi Fatimə Mirzəyeva çıxışında Qırğızıstan tərəfinə səmimi qarşılanma, səfərin qüsursuz təşkili və proqramın bütün mərhələlərində hərtərəfli dəstəyə görə səmimi təşəkkürünü bildirib. Onun sözlərinə görə, koordinatorların peşəkarlığı və diqqətlə planlaşdırılmış marşrut sayəsində media nümayəndələri zəngin və müxtəlif materiallar toplaya biliblər. Baş məsləhətçi əmin olduğunu bildirib ki, iki ölkə arasında səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək.

Gecənin parlaq yekunu isə mediatur iştirakçıları üçün milli mahnıları ifa edən “Arkasırı” xalq ansamblının çıxışı olub.

Xatırladaq ki, Azərbaycan jurnalistlərinin tanışlıq səfəri Qırğız Respublikasının Prezidenti Sadır Japarovun təşəbbüsü ilə dövlət başçısının mətbuat katibi Askat Alagözov tərəfindən informasiya və humanitar sahələrdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi çərçivəsində təşkil edilib.

Fidan Məmmədli

Xəbər Lenti

Xəzər Universitetində yeni ixtisas25.07.2026 - 14:34
631,3 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 14:21
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində tələbə qəbulu ilə bağlı ödənişsiz dəstək göstərilir25.07.2026 - 14:09
630,9 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 13:59
634,3 bal toplayan abituriyent Qarabağ Universitetini seçdi25.07.2026 - 13:52
BANM tələbələri Polşada beynəlxalq Yay Məktəbində iştirak ediblər - FOTOLAR25.07.2026 - 13:41
Bu universitet bağlanır? - Tələbələr narahatdır25.07.2026 - 13:32
Mərakeşdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə 25.07.2026 - 13:20
UNEC məzunu Dövlət Proqramının qalibi olub25.07.2026 - 13:04
“Rəqəmsal dövrdə sosial əlaqələrin artmasına baxmayaraq, emosional yaxınlıq hissi zəifləyir." - Psixoloq Mirsadiq Muxtarov 25.07.2026 - 11:59
Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarında 2-ci yeri tutub25.07.2026 - 09:24
Mehmet Nuri Ersoy: Aspendosda antik dövrə aid mühüm arxeoloji tapıntılar aşkar edilib25.07.2026 - 09:21
Sabahın havası: Tempuratur 41 dərəcəyə çatacaq25.07.2026 - 09:08
Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir-FOTOLAR25.07.2026 - 07:50
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunub25.07.2026 - 07:45
İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ25.07.2026 - 07:30
11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI25.07.2026 - 07:20
Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat alıb25.07.2026 - 07:10
11 yaşlı şahmatçı dünya rekordu qırdı25.07.2026 - 06:25
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb25.07.2026 - 06:20
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb-FOTOLAR25.07.2026 - 06:15
TC altqrupunda keçid balları belə dəyişib - Ən çox artım bu ixtisaslardadır25.07.2026 - 06:10
Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB25.07.2026 - 06:09
Bu gün 39 dərəcə isti olacaq25.07.2026 - 06:00
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər25.07.2026 - 05:57
SOCAR Polymer-ə səfər25.07.2026 - 05:48
ATMU-da “Hilton Garden Inn Baku” ilə əməkdaşlıq imkanları müzakirə olunub25.07.2026 - 05:39
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb25.07.2026 - 05:27
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR25.07.2026 - 05:19
Süni intellekt köhnə peşələri sıradan çıxarır: Gələcəyin ixtisasları hansılardır? - VİDEO25.07.2026 - 05:11
ADU müəllimi beynəlxalq konqresdə elmi məruzə ilə çıxış edib25.07.2026 - 05:06
Poliqlot ADU müəlliminin məqaləsi nüfuzlu beynəlxalq elmi nəşrdə dərc olunub25.07.2026 - 04:58
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib25.07.2026 - 04:41
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib25.07.2026 - 04:36
Pakistanın Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndələri BMU-da olub25.07.2026 - 04:28
Rektor II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirib25.07.2026 - 04:15
ADNSU-nun 4 məzunu VI “Yüksəliş” müsabiqəsinin qalibi olub25.07.2026 - 04:03
“Valideyn övladının əvəzinə qərar verməməli, ona yol göstərməlidir” - Psixoloq Orxan Şəfizadə24.07.2026 - 17:59
"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32