UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) məzunu Nizami Ömərli Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub.
“Tehsil365” xəbər verir ki, Nizami Böyük Britaniyanın Qlazqo Universitetində (University of Glasgow) "Data Analytics" ixtisası üzrə magistratura təhsili alacaq.
UNEC-də təhsil aldığı müddətdə o, mübadilə proqramı çərçivəsində Portuqaliyanın Avropa Biznes Məktəbində (ISAG) də təhsil alıb.
Məzunumuzu təbrik edirik, ona təhsilində və gələcək karyerasında yeni-yeni uğurlar arzulayırıq!

