Ağsu rayonu Növcü kənd tam orta məktəbinin məzunu Fənarə Musayeva Əmir qızı III ixtisas qrupu üzrə qəbul imtahanında 634,3 bal toplayaraq yüksək nəticə əldə edib. O, ali təhsilini Qarabağ Universitetinin Hüquq ixtisasında davam etdirmək qərarına gəlib.
“Tehsil365” xəbər verir ki, abituriyentlərin Qarabağ Universitetini seçməsi universitetimizin müasir təhsil imkanlarına, güclü akademik potensialına və gələcəyə hesablanmış inkişaf strategiyasına göstərilən etimadın bariz göstəricisidir.
Fənarə Musayevanı qazandığı uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, Qarabağ Universitetində ona uğurlu və yaddaqalan tələbəlik həyatı, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!

