Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbinin məzunu Rəhman Mirzəpur Ill ixtisas qrupu üzrə qəbul imtahanında 630.9 bal toplayaraq yüksək nəticə əldə edib. O, ali təhsilini Qarabağ Universitetində davam etdirmək qərarına gəlib.
“Tehsil365” xəbər verir ki, abituriyentlərin Qarabağ Universitetinə üstünlük verməsi, universitetimizin müasir tədris şəraitinə, peşəkar müəllim heyətinə və parlaq gələcək imkanlarına olan inamın göstəricisidir.
Rəhman Mirzəpuru qazandığı uğur münasibətilə ürəkdən təbrik edir, Qarabağ Universitetində ona uğurlarla dolu tələbəlik illəri və böyük nailiyyətlər arzulayırıq!

