Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu müddətində namizədlər üçün ödənişsiz məsləhət və texniki dəstək xidmətləri həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, mərkəzə müraciət edən şəxslər qəbul qaydaları ilə bağlı ətraflı məlumat əldə edə, ixtisas seçimi zamanı peşəkar məsləhətlər ala, həmçinin elektron qeydiyyat və müraciət prosesində yaranan texniki çətinliklərin aradan qaldırılması üçün dəstəkdən yararlana bilərlər.
Bildirilib ki, xidmətlər həftə içi 5 gün — bazar ertəsindən cüməyədək, saat 09:00-dan 17:00-dək təqdim olunur. Göstərilən məsləhət və texniki dəstək xidmətləri tam ödənişsiz həyata keçirilir.
Namizədlər əlavə məlumat və müraciət üçün Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə üz tuta bilərlər
+994(50) 474 48 38
berdepl@vet.edu.az
Heydər Əliyev pr.11, Bərdə

