M.F. Axundov adına Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin məzunu Kamal Cəfərli III ixtisas qrupu üzrə qəbul imtahanında 631,3 bal toplayaraq yüksək nəticə əldə edib. O, ali təhsilini Qarabağ Universitetində davam etdirmək qərarına gəlib.
“Tehsil365” xəbər verir ki, Abituriyentlərin Qarabağ Universitetini seçməsi universitetimizin müasir təhsil imkanlarına, güclü akademik potensialına və gələcəyə hesablanmış inkişaf strategiyasına göstərilən etimadın bariz göstəricisidir.
Kamal Cəfərlini qazandığı uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, Qarabağ Universitetində ona uğurlu və yaddaqalan tələbəlik həyatı, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!

