Təhsil 365 - Logo Mobile

Dinozavrları məhv edən asteroidlə bağlı yeni sirr açıldı

13227.07.2026 - 04:32
Dinozavrları məhv edən asteroidlə bağlı yeni sirr açıldı

Beynəlxalq alimlər qrupu 66 milyon il əvvəl dinozavrların kütləvi məhvinə səbəb olan asteroidin indiyədək hesab edildiyindən daha nadir mənşəyə malik olduğunu müəyyən edib.

“Tehsil365” Oxu.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Brüssel Azad Universitetinin alimi Filip Klenin rəhbərlik etdiyi tədqiqatçılar dünyanın müxtəlif qitələrində yerləşən beş təbaşir-paleogen (K-Pg) sərhəd geoloji kəsiyindən götürülmüş nümunələrdə nikel izotoplarının tərkibini təhlil ediblər. Araşdırma göstərib ki, sözügedən asteroid nadir rast gəlinən CO tipli karbonlu xondritlərə aid olub. Bu tip meteoritlər Yerə düşən bütün meteoritlərin beş faizindən də azını təşkil edir.

Alimlərin sözlərinə görə, nikel izotoplarının "barmaq izi" məhz Günəş sisteminin xarici hissələrində yüksək temperatur şəraitində formalaşan və kükürd tərkibi olduqca aşağı olan CO tipli xondritlərə uyğun gəlib.

Əldə olunan nəticələr dinozavrların məhvinin səbəbləri ilə bağlı əvvəlki nəzəriyyələrin yenidən qiymətləndirilməsinə imkan yaradır. İndiyədək hesab edilirdi ki, asteroid zərbəsi nəticəsində atmosferə böyük həcmdə kükürd atılıb və bunun yaratdığı turşulu yağışlar kütləvi məhvin əsas səbəblərindən biri olub. Lakin asteroidin kükürd baxımından kasıb olması bu ssenarinin həlledici rol oynamadığını göstərir.

Tədqiqat müəlliflərinin fikrincə, əsas dağıdıcı amil zərbə nəticəsində yaranan xırda toz hissəcikləri olub. Buxarlanan asteroid və Yer qabığından qopan süxurların tozu atmosferə yayılaraq aylarla, hətta illərlə Günəş işığını bloklayıb. Nəticədə isə kəskin soyuma baş verib və təbaşir dövrünün sonundakı "nüvə qışı" effekti yaranıb.

Araşdırma həmçinin göstərib ki, dinozavrların məhvinə səbəb olan səma cismi Günəş sisteminin soyuq xarici bölgələrində formalaşıb, üzvi maddələr və uçucu birləşmələrlə zəngin olub. Alimlərin fikrincə, belə bir cismin Yer ilə toqquşma trayektoriyasına düşməsi son dərəcə nadir hadisə hesab olunur.

Nuray Babayeva

Xəbər Lenti

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI27.07.2026 - 05:51
Bakıdakı dünya çempionatında bu gün Azərbaycanın 5 güləşçisi çıxış edəcək27.07.2026 - 05:42
KİV: "ChatGPT" istifadəçilərə bioloji silahın hazırlanması ilə bağlı təlimatlar verib27.07.2026 - 05:23
"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb27.07.2026 - 05:08
Olimp dağı üçün tarixi qərar27.07.2026 - 04:56
Azərbaycanda Aerokosmik Modelçilik Festivalı keçirilib - FOTO27.07.2026 - 04:40
Cəlilabad “III Regional Gənclər Festivalı”na ev sahibliyi edib27.07.2026 - 04:23
“Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video27.07.2026 - 04:11
Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək27.07.2026 - 04:01
Günəşdə gözləniləndən 55 faiz çox gümüş var26.07.2026 - 12:31
Azərbaycanda 40 dərəcə isti olacaq26.07.2026 - 11:55
​“Orta təhsil yalnız universitetlərə hazırlıq yeri olmamalıdır” – Yazıçı Elxan Elatlı26.07.2026 - 11:48
Yaponiyada ali təhsildə yeni qərar: xarici tələbələrin sayı artırılacaq26.07.2026 - 11:18
Həmin müəllimlə bağlı qalmaqal böyüyür - 17 il məktəbə getmədən maaş alıb26.07.2026 - 05:58
Xəzər dənizində zəlzələ oldu26.07.2026 - 05:32
Meşələrin balaca kabusu – onu tapmaq demək olar ki, mümkünsüzdür26.07.2026 - 05:10
V Milli Yaylaq Festivalının açılışı mərasimi keçirilib26.07.2026 - 04:51
“Yay Fest’də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib26.07.2026 - 04:39
Türkiyənin ilk astronavtı Azərbaycan İdman Akademiyasında gənclərin suallarını cavablandırıb26.07.2026 - 04:28
Mingəçevir Dövlət Universiteti 5 il müddətinə institusional akkreditasiyadan uğurla keçib26.07.2026 - 04:11
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə26.07.2026 - 04:02
Xəzər Universitetində yeni ixtisas25.07.2026 - 14:34
631,3 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 14:21
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində tələbə qəbulu ilə bağlı ödənişsiz dəstək göstərilir25.07.2026 - 14:09
630,9 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 13:59
634,3 bal toplayan abituriyent Qarabağ Universitetini seçdi25.07.2026 - 13:52
BANM tələbələri Polşada beynəlxalq Yay Məktəbində iştirak ediblər - FOTOLAR25.07.2026 - 13:41
Bu universitet bağlanır? - Tələbələr narahatdır25.07.2026 - 13:32
Mərakeşdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə 25.07.2026 - 13:20
UNEC məzunu Dövlət Proqramının qalibi olub25.07.2026 - 13:04
“Rəqəmsal dövrdə sosial əlaqələrin artmasına baxmayaraq, emosional yaxınlıq hissi zəifləyir." - Psixoloq Mirsadiq Muxtarov 25.07.2026 - 11:59
Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarında 2-ci yeri tutub25.07.2026 - 09:24
Mehmet Nuri Ersoy: Aspendosda antik dövrə aid mühüm arxeoloji tapıntılar aşkar edilib25.07.2026 - 09:21
Azərbaycan jurnalistlərinin Qırğızıstana mediaturu qala-konsertlə yekunlaşıb25.07.2026 - 09:16
Sabahın havası: Tempuratur 41 dərəcəyə çatacaq25.07.2026 - 09:08
Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir-FOTOLAR25.07.2026 - 07:50
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunub25.07.2026 - 07:45
İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ25.07.2026 - 07:30
11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI25.07.2026 - 07:20
Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat alıb25.07.2026 - 07:10
11 yaşlı şahmatçı dünya rekordu qırdı25.07.2026 - 06:25
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb25.07.2026 - 06:20
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb-FOTOLAR25.07.2026 - 06:15
TC altqrupunda keçid balları belə dəyişib - Ən çox artım bu ixtisaslardadır25.07.2026 - 06:10
Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB25.07.2026 - 06:09
Bu gün 39 dərəcə isti olacaq25.07.2026 - 06:00
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər25.07.2026 - 05:57