Gəncə şəhərinin Xan Bağı istirahət məkanında "Şəhid və müharibə veteranlarının qadın ailə üzvləri üçün sahibkarlıq kursları" layihəsinin yekun sərgisi təşkil olunub.
“Tehsil365” xəbər verir ki, layihənin əsas məqsədi şəhidlərin və müharibə veteranlarının qadın ailə üzvlərinin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, onların məşğulluğunu və iqtisadi fəallığını artırmaq, cəmiyyətə daha fəal inteqrasiyasına dəstək verməkdir.
Sərgi zamanı layihənin iştirakçıları hazırladıqları əl işlərini və müxtəlif məhsulları nümayiş etdiriblər.
Tədbirin sonunda kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

