Təhsil 365 - Logo Mobile

“YAŞAT” düşərgəsində şəhid övladlarına maliyyə savadlılığı təlimi təşkil olunub

15327.07.2026 - 07:40
“YAŞAT” düşərgəsində şəhid övladlarına maliyyə savadlılığı təlimi təşkil olunub

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi çərçivəsində “Rabitəbank” ASC tərəfindən şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil olunub.

“Tehsil365” xəbər verir ki,Təlim “Rabitəbank”ın uşaqlarda erkən yaşlardan maliyyə savadlılığını inkişaf etdirmək məqsədilə hazırladığı “Kartmane Junior” kartı və “Rabita Junior” mobil tətbiqi çərçivəsində təşkil olunub. İştirakçılar təlim zamanı “Kartmane Junior” kartının üstünlükləri və “Rabita Junior” tətbiqinin funksiyaları ilə tanış olub, şəxsi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin formalaşdırılması, təhlükəsiz kart istifadəsi, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik mövzularında praktiki biliklər əldə ediblər.

Praktiki nümunələr və müzakirələrlə zəngin keçən təlimin sonunda uşaqlar arasında bilik yarışı təşkil olunub. İştirakçılar öyrəndiklərini əyləncəli formatda sınamaq imkanı əldə edib. Sonda bütün düşərgə iştirakçılarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Kartmane Junior” uşaqların ilk bank kartı təcrübəsini təhlükəsiz və məsuliyyətli şəkildə qazanmaları üçün hazırlanıb. Kartla birlikdə təqdim olunan “Rabita Junior” isə Azərbaycanda uşaqlar üçün yaradılmış ilk maliyyə mobil tətbiqidir. Platforma valideynlərə övladlarının maliyyə əməliyyatlarını nəzarətdə saxlamağa, uşaqlara isə xərclərini izləməyi, qənaət etməyi və maliyyələrini düzgün idarə etməyi öyrənməyə imkan yaradır. “Rabitəbank” bu məhsullarla yalnız innovativ bankçılıq həlləri təqdim etmir, eyni zamanda, gələcəyin maliyyə savadlı nəslinin formalaşmasına töhfə verir.

“Rabitəbank” gənc nəslin maliyyə savadlılığının artırılmasını cəmiyyətin dayanıqlı inkişafına verilən mühüm töhfələrdən biri hesab edir və bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Fidan Məmmədli

Xəbər Lenti

Qarabağ Universitetinin tələbələri "Deloitte"da təcrübə proqramında iştirak edirlər 27.07.2026 - 13:36
Nazir müavininin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib27.07.2026 - 13:23
DİA məzunu ABŞ-nin nüfuzlu universitetində təhsil alacaq27.07.2026 - 13:12
BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir27.07.2026 - 13:05
İM sədri: Təhsildə rəqəmlərdən çox onların mesajını oxumaq lazımdır27.07.2026 - 12:47
Təmayül tədris modeli üçün müəllimlər necə seçiləcək?27.07.2026 - 12:10
BMU-nun qəbul planında yeniliklər: 3 ikili diplom proqramı və yeni ixtisaslar27.07.2026 - 12:06
ATMU-da Pakistan Təhsil Təqaüd Fondu ilə əməkdaşlıq müzakirə olunub27.07.2026 - 12:03
Üç güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi27.07.2026 - 11:51
​“Təhsil sistemində mənəviyyat və din mövzusu düzgün analiz olunmalıdır” – İlahiyyatçı Elşad Miri27.07.2026 - 11:23
İslamşünaslıq ixtisasını seçəcək abituriyentlərə vacib məlumat27.07.2026 - 10:50
Magistr təhsili üçün azərbaycanlıların ən çox üz tutduğu ölkələr27.07.2026 - 10:47
Buraxılış imtahanında ikinci dəfə iştirak edəcək məzunların nəzərinə27.07.2026 - 10:34
Həsən Həsənlinin Ağdaşda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib27.07.2026 - 10:20
“Sosial şəbəkələrdə baş verən anormallıqlar şagirdləri oxumaqdan yayındırır” - Təhsil eksperti Elçin Muradov27.07.2026 - 10:10
U-15 Dünya Çempionatı ilə bağlı Prezidentdən yeni Sərəncam27.07.2026 - 10:05
“Dream Fest – 2026” atəşfəşanlıqla başa çatıb27.07.2026 - 10:00
Koreyada təhsil alacaq BMU tələbələri ilə görüş təşkil olunub27.07.2026 - 09:49
“Yol təhlükəsizliyi insan həyatına verilən dəyərin göstəricisidir”- Nəqliyyat eksperti Rauf Ağamirzəyev27.07.2026 - 09:48
İyul çağırışı ilə bağlı müzakirələr aparılıb27.07.2026 - 09:45
Şuşada Yusif Vəzir Çəmənzəminliyə aid kitabın təqdimatı olub27.07.2026 - 09:35
ICESCO-nun mühüm tədbiri Bakıda keçirilir27.07.2026 - 09:24
Özbəkistan alimləri Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər27.07.2026 - 09:19
Misirdə diaspor sədrinin rəhbərlik etdiyi fondun məzunları sertifikat alıblar27.07.2026 - 09:14
Magistratura: 100-dən çox namizəd son anda İXTİSAS SEÇDİ27.07.2026 - 09:12
Magistraturaya ixtisas seçimi yekunlaşıb 27.07.2026 - 09:07
ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir27.07.2026 - 08:55
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək27.07.2026 - 08:45
BMT Türkmənistanın təşəbbüsü ilə 2028-ci ili Beynəlxalq Hüquq İli elan edib27.07.2026 - 08:40
Peşə təhsili alan tələbələr nə qədər təqaüd alır? - MƏBLƏĞLƏR27.07.2026 - 08:35
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR27.07.2026 - 08:30
15 mindən çox bakalavr ixtisas seçimi edib27.07.2026 - 08:25
Buraxılış imtahanlarında 2 mindən çox məzun iştirak ETMƏYİB27.07.2026 - 08:25
İmtahan nəticələrindən narazı olanlar üçün apellyasiya başlayır27.07.2026 - 08:20
UNEC-də süni intellektin tətbiqi ilə bağlı YENİLİK27.07.2026 - 08:19
Qarabağ Universiteti abituriyentlər üçün Açıq Qapı Günləri keçirəcək27.07.2026 - 08:15
BDYPİ küləkli hava ilə əlaqədar xəbərdarlıq edib27.07.2026 - 08:08
Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır27.07.2026 - 08:05
“Yüksəliş” müsabiqəsində BMU məzunlarının uğuru: 28 yarımfinalçı, 13 finalçı, 2 qalib27.07.2026 - 08:00
VI “Yüksəliş” müsabiqəsinin qalibləri bu universitetin MƏZUNLARIDIR27.07.2026 - 07:55
MİQ iştirakçılarının nəticələrinin açıqlanacağı vaxt məlum olub27.07.2026 - 07:13
Gəncədə şəhid və veteran ailələrinin qadınlarının əl işləri sərgilənib27.07.2026 - 06:52
BDU abituriyentləri “Açıq qapı” gününə dəvət edir27.07.2026 - 06:50
İtaliya həkimlərindən tarixi əməliyyat: Beş ildən sonra görmə bərpa olunmağa başladı27.07.2026 - 06:45
DİM təsviri sənət qabiliyyət imtahanları üzrə apellyasiya qeydiyyatına başlayır27.07.2026 - 06:23
Güclü külək Bakıda tozlu hava şəraiti yaradıb27.07.2026 - 06:17
Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI27.07.2026 - 05:51