Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Media və Analitik Mərkəzlər Forumunun plenar iclası davam edir.
“Tehsil365” Azertaca stinadla xəbər verir ki, tədbirin ikinci hissəsi humanitar və mədəni əməkdaşlıq məsələlərinə həsr olunub.
Sessiya çərçivəsində iştirakçılar sivilizasiyalararası dialoq, mədəni mübadilə və yeni texnologiyaların rolu mövzularını nəzərdən keçirirlər.
Müzakirələrin əsas diqqət mərkəzində ŞƏT çərçivəsində humanitar tərəfdaşlıq təcrübəsi, “Poeziya İpək Yolu” təşəbbüsü vasitəsilə sivilizasiyalararası dialoq, süni intellektin və informasiya texnologiyalarının mədəniyyətlərarası əlaqələrə təsiri, eləcə də milli brendlərin xarici bazarlarda təşviqində mədəniyyətin rolu kimi məsələlər dayanır.
Xatırladaq ki, Qırğızıstanın “Kabar” və Çinin “Sinxua” agentliklərinin birgə təşkilatçılığı ilə keçirilən forumda 26 ölkədən 250-yə yaxın nümayəndə iştirak edir.
Tədbirdə Azərbaycandаn AZƏRTAC, Medianın İnkişafı Agentliyi və “Trend” İnformasiya Agentliyinin nümayəndələri də təmsil olunurlar.

