“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri açıqlanıb.
“Tehsil365” xəbər verir ki, magistratura səviyyəsi üzrə qəbul olunanların ölkələr üzrə bölgüsü göstərir ki, ən çox namizəd Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ali təhsil müəssisələrinə qəbul olunub. Belə ki, bu ölkədə 210 nəfər təhsil alacaq. Siyahıda ikinci yerdə Amerika Birləşmiş Ştatları 82 nəfər qərarlaşıb.
Sonrakı yerlərdə isə Avstraliya İttifaqı 23 nəfər, Sinqapur Respublikası 10 nəfər, İrlandiya Respublikası 9 nəfər, İtaliya Respublikası 9 nəfər, İsveçrə Konfederasiyası 3 nəfər, Türkiyə Respublikası 3 nəfər, Almaniya Federativ Respublikası 2 nəfər, Niderland Krallığı 1 nəfər və İspaniya Krallığı 1 nəfər yer alır.

