Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Turan Məmmədzadə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"nın qalibi olub.
“Tehsil365” xəbər verir ki, o, magistratura təhsilini ABŞ-nin Berkli Kaliforniya Universitetində "Hüquq" ixtisası üzrə davam etdirəcək. Universitet 2025-ci il üzrə "Shanghai Ranking" dünya reytinqində 5-ci, 2026-cı il üzrə "Times Higher Education" dünya reytinqində isə 9-cu yerdə qərarlaşıb.
Turan Məmmədzadə 2011–2015-ci illərdə DİA-nın Siyasi idarəetmə fakültəsinin "Hüquqşünaslıq" ixtisasını 92.145 ÜOMG ilə başa vurub.
Qeyd edək ki, o, 1,1 milyondan çox izləyicisi olan "Юрист" səhifəsinin də yaradıcısıdır.
DİA məzununu bu uğuru münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

