Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Elmi Cəmiyyəti tərəfindən tələbələr üçün elmi infotur təşkil olunub.
“Tehsil365” xəbər verir ki, infotur Rəhbərlik yanında aparatda elmi katib, kimya elmləri doktoru, dosent İlhamə Zərbəliyevanın rəhbərliyi ilə "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə baş tutub.
Səfər çərçivəsində BANM tələbələri Azərbaycanın kosmik sənayesinin inkişafı, peyk idarəetmə sistemləri, müasir kosmik texnologiyalar və "Azərkosmos"un fəaliyyət istiqamətləri ilə tanış olublar.
Tələbələrə, həmçinin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin texniki infrastrukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib.

