Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarəedilməsi ixtisasının tələbəsi Qüdrət Abbaslı beynəlxalq uğura imza atıb.
“Tehsil365” xəbər verir ki, Qüdrət Abbaslı dünyanın nüfuzlu peşəkar maliyyə kvalifikasiyalarından biri olan ACCA üzrə 2026-cı ilin iyun imtahan sessiyasında Financial Reporting (Maliyyə Hesabatlılığı) imtahanından 92 bal toplayıb.
BANM tələbəsi bu nəticə ilə Azərbaycan, Türkiyə və Gürcüstanı əhatə edən region üzrə birinci, dünya üzrə isə 7-ci yeri tutub.
Yüksək nəticəsinə görə Qüdrət Abbaslı ACCA-nın “Prizewinner” adına layiq görülüb.

