Bakı Ali Neft Məktəbi (BANM) ilə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “AZROKSAN” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
“Tehsil365” xəbər verir ki, sənədi BANM-in rektoru Elmar Qasımov və “AZROKSAN” MMC-nin icraçı direktoru Mehmet Ali Tahancalio imzalayıb.
Memorandum çərçivəsində tələbələrin şirkətdə istehsalat təcrübəsinin təşkili, tələbə və məzunların iş imkanlarının artırılması, eləcə də müxtəlif istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

