Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Bahar Təhməzova Dövlət Proqramının qalibi olub.
“Tehsil365” xəbər verir ki, o, magistratura təhsilini Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Edinburq Universitetində “Climate Change Management” ixtisası üzrə davam etdirəcək.
Qeyd edək ki, Bahar Təhməzova 2022–2026-cı illərdə DİA-nın İnzibati idarəetmə fakültəsinin “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə bakalavr təhsilini 96.641 ÜOMG ilə başa vurub.

